Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (9-03-2022, 10:00)
Büdcəyə yenidən baxılarsa: Neft pulları hara xərclənəcək? - AKTUAL

 Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti 130 dollara yaxınlaşır.

Hazırda Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,93 dollar artaraq 128,71 dollar təşkil edir.

Həmçinin, Rusiya baş nazirinin müavini Aleksandr Novak da neftin qiymətinin kəskin artacağını bildirib:

"Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq. Hətta bir barel 300 dolları aşacaqdır".

Maraqlıdır, büdcəyə yenidən baxılarsa, artan neft gəlirləri haraya yönəldilə bilər?Mediatv.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, may ayında pensiya, təqaüd və müavinətlərin artırılması gözlənilmir:

"Hazırda neft qiymətləri yüksəlməyə davam edir. Lakin dünyanın Rusiya neftindən imtina etməsi gözlənilmir. Təbii ki, neft qiymətləri artmağa davam edə bilər, lakin bir barel 300 dollar olmayacaq.

Eyni zamanda, Azərbaycanda pensiya və müavinətlərin artırılacağını düşünmürəm. Çünki hökumətin atdığı müəyyən addımlar var. Nəzərə almaq lazımdır ki, yaxın zamanda pensiya alanlara staja görə əlavə 10 faizlik yardım olundu və hər birinə bu il 200 manat əlavə ödəniş edildi".

Ekspert deyib ki, neftin qiymətinin artmasına baxmayaraq, baş verən proseslər Azərbaycan iqtisadiyyatı üçün yaxşı vəziyyət deyil:

"Çünki Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar və Ukraynanın sıradan çıxması ölkəmiz üçün də mənfidir. Yəni indiki şəraitdə Azərbaycan iqtisadiyyatı və qeyri-neft ixracatının vəziyyəti arzuolunan halda deyil. Əlbəttə ki, bununla bağlı hökumət ciddi addımlar atacaq. Lakin bu addımların may ayında olması gözlənilmir. Hesab edirəm ki, hökumət hazırkı dönəmdə öz planlarını icra etməyə, stabilliyi qorumağa və hadisələrin necə inkişaf edəcəyini də nəzərə almağa çalışacaq".

Xalid Kərimli düşünür ki, pensiya, müavinət və təqaüdlərin artması gələn ilə təsadüf edə bilər:

"Fikrimcə, dövlət cari vəziyyəti kontrol etməyi planlaşdırır. Həmçinin, ilin əvvəllində əmək haqqı artımı üçün kifayət qədər resurs nəzərdə tutulub. Lakin müharibə ilə əlaqədar olaraq neft və qazın qiymətlərinin artması əlavə sosial öhdəliklərin yaradılmasına əsas deyil".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024