Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (2-08-2021, 09:58)
Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlər gizlədilir - AKTUAL

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlər gizlədilir
Xəbər verdiyimiz kimi iyulun 5-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsinə iyulun 5-də start verilib və avqustun 2-də başa çatacaq.
Müsabiqədə iştirak edən çox sayda müəllim imtahan suallarının uzun və çətin olması, həmçinin vaxt azlığından şikayətlənirlər. Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, builki imtahanlarda 5 sualda uyğunsuzluq olduğundan 6 000 namizədin balına əlavələr edilib.
Təhsil İnstitutunun mərkəz rəhbəri Nəzakət Mehdiyeva isə bildirib ki, həmin suallar vaxtında aşkar olunaraq apelyasiya zamanı namizədlərə məlumat verilir:
“Müəllimlərin işə qəbulu üzrə imtahanlar üçün təqdim olunan test tapşırıqlarında səhv sual ola bilər. Bu da texniki problemlərlə bağlıdır”.

Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə bildirib ki, daha çox Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və biologiya fənni üzrə imtahan verən müəllimlər etiraz edirlər:

“Bütün imtahanlarda Təhsil Nazirliyinin sualları var. Həmin suallardan bəzilərinin çərçivədən kənarda olduğu qeyd edilir. Yəni imtahana fərqli mövzular üzrə suallar salınıb. Bu da müəllimlər tərəfindən haqlı iradla nəticələnib. Lakin Təhsil Nazirliyi də imtahan suallarında müəyyən çətinliklər olduğunu qeyd edib. Buna görə də imtahanların təkrar keçirilməsi və yaxud həmin müəllimlərə əlavə balların yazılması planlaşdırılır. Bu, nazirliyin öz səhvini etiraf etməsi demək idi. Sualları tərtib edən şəxslər işdən kənarlaşdırılmalı, yaxud da növbəti illərdə onların suallar hazırlanarkən iştirak etməməsi nəzərdə tutulmamalıdır”.

Ekspertin sözlərinə görə, əslində hər il müəllimlərin işə qəbul imtahanında müəyyən problemlərə rast gəlirik:

“Problemlərin başlıca səbəbi isə gizlədilmiş vakansiyalardır. Hər il müşahidə edirik ki, 50-mindən çox müəllim müsabiqədə iştirak edir, lakin nəzərdə tutulan vakant yerlər 6-7, maksimum 8 mindir. Bu da vakant yerlərin gizlədildiyini göstərir. Təbii ki, bu zaman yüksək bal toplayanlar həmin 8 min yeri tutur, digərləri isə kənarda qalırlar. Yüksək balın toplanmaması ondan ibarətdir ki, nazirlik öncədən proqram tərtib edib bildirmir ki, “filan proqramdan istifadə edin, ədəbiyyat siyahınız budur” və s. Halbuki Dövlət İmtahan Mərkəzi (DİM) hər dəfə bu barədə məlumat verir, vahid proqram və ədəbiyyat siyahısı təqdim olunur. Təhsil Nazirliyi isə belə etmədiyi üçün ziddiyətli məqamlar meydana çıxır. Fikrimcə, nazirlik növbəti ildə bəzi ciddi məqamları nəzərə almalıdır: Məsələn, vakant yerlərin gizlədilməməsi, daha çox yerlərin olması, vahid proqram və ədəbiyyat siyahısının tərtibi, həmçinin suallar müəllimlərin istifadə etdiyi dərs vəsaitinə əsaslanmalıdır. Həmçinin müəllimin bilik və bacarığı yoxlanılmalıdır, digər məqamlar yox. Düzdür, nazirlik əməkdaşlarından biri qeyd etdi ki, müəllimlərin oxuma sürəti zəifdir, ona görə sualları yaza bilməyiblər. Bu fikrin özü yanlışdır. Çünki müəllimlər 90 dəqiqədə 60 sual cavablamalı olurlar. Elə suallar var ki, 2-3 dəqiqə vaxt aparır. Məsələn, müəllimlər mətn tipli sualları oxuyub cavablandırana qədər vaxt keçir. Yaxud da riyaziyyat fənnində hesablama əməliyyatı uzun çəkir, bu da kifayət qədər vaxt aparır. Yaxşı olar ki, hesablama əməliyyatı uzun çəkməyən suallar imtahanda öz əksini tapsın və daha qısa mətnli suallara üstünlük verilsin”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024