Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (6-09-2022, 21:59)
1-Cİ qrup əlil İcrabi Sığorta Bürosundan şikayətlənir

 







Bakı şəhəri Masazır qəsəbəsi 59-da yaşayan 1-Cİ qrup əlil İsgəndərli Alı İcrabi Sığorta Bürosundan şikayətlənir.1-Cİ qrup əlilin  aidiyyatı dövlət qurumlarına ünvanladığı müraciətinin bir nüxsəsi də Mediatv.az-ın eletron poçtuna daxil olub.Şikayətçi yazır: 
 01 sentyabr 2022-ci ildə İcrabi Sığorta Bürosunun binasında işçi Əfsanə Rüstəmova tərəfindən ağır söyüşlərlə təhqir olunaraq qovulmuşam. Mən 1-ci qrup əliləm, ağır miopatiya xəstəsiyəm. Həmin gün yaxın qohumlarımla gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlmişəm. Hər dəfə də  Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Bir dəfə dodağına pomada vururdu, panikür-pedikürlə məşğul idi, dedi vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerindəcə, müstəri xidmətləri göstərməli olduğu stolun üstündəcə yeyirdi. Hər dəfə də bu əcaib mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda qalıram, hər dəfə gəlib getməyə taksiyə pul verirəm, bu istidə yollarda sürünmək adamı əldən salır. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə xanıma dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!
 



Orda dayanan digər müştərilər də təəccüb qalaraq deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, adi dodağı pomadalı kraskalanmış işçi adamı adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyildir, o dəfələrlə adamlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz zad da vermir, buxalteriya işləri bərbad gündədir, belə ki, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə sənədləşmə işlərində bu cür bardakın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu bardakdan istifadə edərək bir sıra saxta işlər görür və çoxlu pullar da qazanır.
Dediyim kimi mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Azərbaycanda birinci qrup xəstələr, əlillər söyülüb təhqir olduğu, alcaldığı üçün mən ulu öndər Heydər Əliyevin qəbri üstə gedib vidalaşdıqdan sonra bu ölkədən imtina edərək rədd olub getməyimə izin verməyinizi sizdən xahiş edirəm. Şikəstlərin, əlillərin hörmət olunmadığı, adam yerinə qoyulmadığı bir ölkədə yaşamaq qəbir evində cəhənnəmdə yanmaq kimi bir işdir. İcbari Sığorta Bürosunda çalışan Əfsanə Rüstəmova kimi adam respublikada yerə-göyə ağalıq etmək iddiasına düşüb. Maraqlanarkan üzə çıxdı ki, bu adamla heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır. Nə sehrli əndirəbadi qüvvədirsə, bu insana gözün üstündə qaşın var, güzgünün qarşısından əl çək, xalqın, millətin işini gör deyən yoxdur. Adını qeyd etdiyim büroda işləyən işçilərin hərəsi bir dinə və məzhəbə qulluq edir. İşçilərdən biri gah əlilin, xəstənin qolundan tutub üzərində güc göstərməklə, digəri rinqə çağırmaqla məşğuldur. Bir ölkədə kiçik bir büroda bu qədər amansızlıq, hegemonluq, özbaşınalıq, saxtakarlıq, yiyəsizlik olarsa, başqa yerlərə nə deyək? Bir rəhbər məsələni araşdırmadan, haqlı və haqsızı müəyyənləşdirmədən işçinin müdafiəsinə qılınc və qalxanla niyə qalxsın görəsən? Əfsanə Rüstəmova İcbari Sığorta Bürosunda nə qədər güclü, nə qədər hegemon bir sindikat üzvüdürsə, rəhbərlik tərəfindən şikayətimə baxılmır və bu adama gözün üstə qaşın var deyən yoxdur. Ölkədə pulum var, adamım var deyib sağa-sola gəzən, büronu gözəllik salonuna, xanımlarin qeybət məkanına, toy məclisinə, şənlik ab-havasında çevirən qaraqutusu Əfsanə Rüstəmova kimə və nəyə arxayındır? Bir vətəndaş ərizəni büroda qeydiyyata aldırmaq üçün hökməndir ki, ən azından iki və ya üç dəfə bura ayaq döysün, gəlin getsin, sürünsün-süründürülsün, bir neçə işçi və şöbə müdiri ilə məsləhət-məşvərət etsin, saysız-hesabsız treninqlərdən keçsin?
Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, bu cür adamın İcbari Sığorta Bürosundan qovulub rədd edilməsi üçün tədbirlər görəsiniz. O cümlədən prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. O cümlədən də Vergilər Nazirliyindən xahiş edirəm ki, İcrabi Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024