Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (10-01-2015, 20:11)
Keçmiş rektor niyə sığınacaq ala bilmədi - İlginc

“Təzadlar”ın ötən saylarında xəbər verdiyimiz kimi, keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayev Elnur Məcidlinin statusunda yazdığı “Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq. Bunu deməkdən qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə”, fikirlərindən qəzəblənərək Musavat.com-un bu məsələ ilə bağlı sualına cavab vermiş, “Mənim tanıdıgım Elnur Məcidlinin bu bəyanatı başa düşüləsi deyildir... Bu, onun görünən siyasi fəaliyyəti və təfəkkür tərzi ilə daban-dabana ziddir. Biz saxta və qeyri-səmimi bəyanatları dəstəkləmirik”, -deyərək “Qeyd etmək istəyirəm ki, Elnur Məcidlinin mənəvi haqqı yoxdur ki, İlham Əliyevi dəstəkləsin. Dəstəkləyirsə, bu işdə qaranlıq məqamlar vardır, onun kecdiyi həyat yolu buna gətirib cıxarırıbdır”, daha sərt mövqe bildirmişdi.

E.Abdullayev bununla da kifayətlənməmiş və «...Elnur Məcidli barədə İnterpol vasitəsilə axtarış elan olunmuşdu... DİN-nin mətbuat xidmətindən Trend-ə Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli barəsində beynəlxalq axtarış elan edilməsi haqqında məlumat təsdiqlənib. Onun barəsində dövlət əleyhinə açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb... 2011-ci il iyunun 2-də təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırılması qərara alınıb. Azərbaycanın şanlı Hüquq Mühafizə Orqanlarının “humanist” fəaliyyəti nəticəsində birdən-birə dövlət cevrilişi etmək istəyən adamı əfv etməsi tərəflərin qarşılıqlı öhdəliklər götürməsi ilə baglıdır. Bundan öncədə, mənimlə ünsiyyətdə olan Fransada yaşayan siyasi mühacirlər - Mustafa Alnca, Əlheydər Agayev, KQB-in kecmiş müstəntiqi Ramin Nağıyev də formaca müxtəlif olsalar da, məzmunca eyni mahiyyətli müxalifət cilidinə girmiş gizli polisin əməkdaşları idilər...” dey qeyd etmişdi.
«Təzadlar” həm E.Məcidliyə, həm də R.Nağıyevə qeyd olunan ittihamlarla bağlı sorğu göndərmişdi... Elnur Məcidli hələ də sorğumuza cavab verməsə də, Ramin Nağıyev Elşad Abdullayevin ittihamlarına və ona qarşı qəzəbinin kökündə nələrin dayanması barədə sorğumuza cavabında şok açıqlama vermişdir...

Elşad Abdullayevin Fransada 
siyasi sığınacaq almaq 
cəhdinin qarşısını Ramin 
Nağıyev alıbmış?
«Təzadlar”ın ötən sayında R.Nağıyevin redaksiyamıza göndərdiyi cavabını kiçik ixtisarla təqdim etmişdik... Bundan sonra redaksiyamıza sorğudakı cavabların ciddiliyini nəzərə alan oxucularımız tərəfindən maraqlı suallar göndərilmişdir. Ona yaxın sorğu-suallarda, əsasən, E.Abdullayevin Fransada hansı statusla məskunlaşdığı, həqiqətənmi siyasi sığınacaq alıb-almadığı təkrar soruşulur... Ötən sayımızda R.Nağıyevin cavabını originalda olduğu kimi-rus dilində təqdim etmişdik və həmin cavabda həqiqətən də maraqlı məqamlar yer almışdı... Bir daha həmin sorğunu təqdim edirik: Bu da tərcüməsi: «Salam Asif bəy! Mən Elşadın məqaləsini oxumuşam. Amma hesab edirəm ki, buna heç əhəmiyyət vermək lazım deyil. “İt hürər, karvan keçər”. Elşad mənə qarşı çox qəzəblidir, ona görə ki, mən iki dəfə onun Fransada siyasi mühacir statusu almaq imkanını puça çıxarmışam. O, iki dəfə buna məhkəmə yolu ilə nail olmağa cəhd edib və ikisində də rədd cavabı alıb. Və buna heç vaxt da nail ola bilməyəcək... Həmçinin bu şikayət üzrə Strasburq məhkəməsində... Lakin çox təəssüflər olsun ki, hələlik onun Fransadan çıxarılması mümkün olmayıb, hansı ki, bu mənim günahımdan deyil. Sadəcə, sizin hökümət bu məsələdə mənə kömək etmədi və mənimlə işləmək istəmədilər... Mən bunun səbəblərini yaxşı bilirəm... Həmçinin kim Moskvada və Bakıda Elşadın arxasında dayanmışdır... Və kim aradakı danışıqlarda vasitəçi olmuşdur, hətta kim ona nazir postu vədini vermişdir, özü də Elşadın Ramiz Mehdiyevin əleyhinə kompromat materialları KİV-də dərc etdirməklə, bununla da onu şantaj edəcəyi müqabilində... Bütün bunların hamısını KİV-də dərc etdirmək olardı, amma mən bunları etmərəm, çünki mən öz ölkəmin düşməni deyiləm, o cümlədən Azərbaycanda bu gün hakimiyyətdə olanların. Onu da deyim ki, Namiq Abbasov vəzifəsindən götürüləndən və pensiyaya göndəriləndən sonra, mən artıq iki ilə yaxındır bu məsələdə fəaliyyətimi dayandırmışam. Belə belə işlər... Əgər Sizin və dostlarınızın hər hansı sualı olarsa, müraciət edin, əlimdən gələni etməyə hazıram. 
Dərin hörmətlə: Ramin Nağıyev”.
*** 
Bizcə, əlavə şərhə ehtiyac yoxdur, artıq bir sıra qaranlıq suallara, hansı ki, neçə illər idi hamı cavabını tapa bilmirdi, yaxud pərdə arxasında nə baş verdiyini anlamaqda çətinlik çəkirdi, indi cavabı qismən ortadadır...
“Təzadlar”ın Araşdırma Qrupu 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024