Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-01-2015, 10:52)
Müsavat Qubad İbadoğlunun təşkilatına qarşı

Gülağa Aslanlı: “ADR Müsavatın əleyhinə olan hərəkatdır və ora yığışanların partiyaya rəğbətləri yoxdur”; Hüseyn Məlik: “Bir vaxtlar Arif Hacılı da partiya daxilində buna bənzər təşkilat yaratmışdı”

 

Rövşən Dəmirli: “Elman Fəttah zəng etdi... ...mənimlə heç kim təhdid tonunda danışa bilməz”
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sıraları genişlənir. Müsavatın rayon təşkilatlarında hərəkatın təşəbbüs qrupları yaradılır. İndiyə qədər Salyan və Suraxanıda hərəkatın mərkəzi qrupları yaradılıb. ADR rəhbərləri fəaliyyətlərini bu istiqamətdə davam etdirəcəklərini bildirirlər. Sosial şəbəkələrdə və mətbuatda gedən xəbərlərdə çoxları bu hərəkatı Müsavata alternativ kimi qələmə verirlər.
ADR-in Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik yanvarın sonu və fevralın əvvəllərində hərəkatın təsis konfransını keçirəcəklərini bildirdi: “Artıq Salyan və Suraxanıda təşəbbüs qrupları yaratmışıq. Bununla bağlı partiya tərəfindən bizə hər hansı bir təzyiq olmayıb. Bu ayın sonu və fevralın əvvəllərinə təsis yığıncağı keçirməyi planlaşdırırıq.  Yanvarın 9-da Səbayel təşkilatında yığıncağımız olacaq. Bu təşkilat təkcə müsavatçılardan ibarət deyil. Müsavat daxilində vaxtı ilə Arif Hacılı buna bənzər təşkilat yaratmışdı. Amma indi Müsavat rəhbərliyi tərəfindən qısqanclıq görürəm. ADR-in təşkilatlanma işinin sürətləndiyi vaxtda qısqanclıq edirlər. Bəziləri hesab edir ki, gələcəkdə siyasi təşkilata çevriləcəyik. İndiyə qədər bütün iclaslarda olmuşam. Partiya əleyhinə heç bir müzakirə olmayıb. ADR siyasi təşkilat deyil. İctimai-siyasi birlikdir. Partiya funksionerləri iddia edirlər ki, Müsavatı parçalayacağıq. Qətiyyən belə deyil, əksinə, məqsədimiz Müsavatın güclənməsidir. Biz müsavatçılıq ideologiyasına sona qədər sadiq qalacağıq”.
Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli yaratdıqları təşəbbüs qrupu ilə bağlı bunları dedi: “Təşkilatda təşəbbüs qrupunu yaratdıqdan sonra Müsavat rəhbərliyi tərəfindən mənə hər hansı bir söz deyilməyib. Yalnız başqan müavini Elman Fəttah mənə zəng edərək, qərargahda olacaq iclası deyib. Sonra da qeyd edib ki, bəzi məsələləri orada müzakirə edərik. Mən də işimlə əlaqədar gələ bilməyəcəyimi dedim. Heç bir təhdid filan olmayıb. Ola da bilməz. Mənimlə heç kəs bu tonda danışa bilməz. Biz partiya əleyhinə heç bir iş görmürük. Sadəcə ictimai birlik yaratmışıq. Nizamnamə pozuntusu deyil. Çalışırıq ki, təkcə müsavatçılardan ibarət olmasın. Suraxanıda formalaşan təşəbbüs qrupunda Ədalət Partiyasının sədr müavini təmsil olunur. İki nəfər bitərəf gənc var. Yəni partiyaya alternativ qurum deyilik. Parlament seçkilərində iştirak edib-etməyəcəyimiz müzakirə olunacaq. Biz Müsavatın üzvləriyik. Partiyanın xətti ilə yerlərdə namizədliyimizi irəli sürəcəyik. Vəziyyət gələcəkdə başqa cür ola bilər. İndidən danışmaq tezdir”.
Bildirək ki, ADR-in Salyandakı təşəbbüs qrupu KXCP-nin rayon şöbəsinin qərargahında yaradılıb. Çoxları bu addımın Müsavat və KXCP arasında gərginliyin yaranmasına səbəb olacağını düşünür.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu məsələdə partiyaları diqqətli olmağa çağırdı: “Hesab edirəm ki, ADR-in tədbir keçirdiyi yerlərin sahibləri ilə Müsavat arasında hər hansı bir narazılığın yaranmasına bir səbəb yoxdur. Sadəcə Müsavatla müttəfiq olan partiyalar nəzərə almalıdırlar ki, təşəbbüs qrupu yaradılan ADR Müsavatın əleyhinə olan hərəkatdır. İctimai-siyasi təşkilat olmasının bir anlamı yoxdur. O hərəkatda təmsil olunan şəxslərin əksəriyyəti nizamnaməni pozduqlarına görə partiyadan çıxarılanlardır. Müsavatdan istefa verən, qurultayın nəticələrini tanımayan, Məclisi legitim hesab etməyən, partiya rəhbərliyi barədə təhqiramiz ifadələr işlədən, hətta Müsavat rəhbərliyini İŞİD-a bənzədən insanlar orada toplaşıblar. Bu onu göstərir ki, bu hərəkatda olan insanların Müsavata rəğbət və hörmətləri yoxdur. Onlara yer verən təşkilatlar təbii ki, bunu nəzərə alsalar yaxşı olar”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024