Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-01-2015, 16:35)
Siyavuş Novruzovdan seçki anonsu

Parlamentdə təmsil olunan yaşlı deputatlar haqqında tez-tez belə ifadələrə rast gəlirik: "Filan deputat qocalıb, onun növbəti parlament seçkilərinə qatılması qeyri-məqbuldur”

 

Və yaxud da konkret olaraq "filan deputatlar növbəti parlament seçkilərinə qatılmayacaq”
Parlament seçkiləri yaxınlaşdıqca, bu cür fikirlər də çoxalır. Hətta əksəriyyət daha çox gənc nəslin parlamentdə təmsil olunmasını daha vacib sayır.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az saytına açıqlamasında məsələylə bağlı maraqlı məqamlara toxunub.
"Əvvəla yaşın bu məsələdə o qədər də önəmi yoxdur. Yaşın nə fərqi var ki!. Tez-tez belə söhbətlər eşidirəm ki, hansısa deputat seçicinin etimadını doğruldub, yoxsa yox?!. Hətta yaşlı və gənc deputatları eyni tərəziyə qoyub müqayisə edirlər.
Ölkə Konstitusiyasında Milli Məclisin üzvülüyünə seçkilər haqqında birbaşa göstərilir ki, yaşı 25-dən yuxarı olan Azərbaycan vətəndaşı Azərbaycanda Milli Məclisin üzvü seçilə bilər. Əgər Konstitusiyamız vətəndaşlara bu hüququ veribsə,"bunun yaşı filan qədərdir” deyib həmin şəxsin hüququnu kim məhdudlaşdıra bilər?! Bu məsələdə yuxarı yaş həddi deyilən bir şey yoxdur. Ümumilikdə yuxarı yaş həddi müəyyənləşdirmək bir dəfə olub. O da ümummilli liderə qarşı 121-ci maddənin 2-ci bəndini tətbiq etmişdilər ki, "65 yaşından yuxarı şəxslər prezident seçilə bilməz”. Ayaz Mütəllibovun dövründə belə bir məhdudiyyət qoyulmuşdu. Yəni ümummilli lider namizədliyini irəli sürə bilməsin. Bu da sonralar ləğv olundu. Qalan bütün hallarda yaşın yuxarı həddi müəyyənləşmir. Heç kəs Allahın funksiyasını öz üzərinə götürməsin. O baxımdan gənc, orta yaşlı, ahıl insanları seçici müəyyənləşdirir. Səs verir, seçir, ya seçmir. Seçici kimi müəyyənləşdirərsə, kimə səs verirsə, onun qarşısını heç kim ala bilməz.
Yeni Azərbaycan Partiyası namizədlərini irəli sürür. Müxtəlif yaş kateqoriyaları mövcuddur. Məsələn, bələdiyyə seçkilərində çalışdıq ki, gənclərə və qadınlara üstünlük verək. O baxımdan da yuxarı yaş həddini Azərbaycan qanunvericiliyində heç kim müəyyən etməyib. Çox istəyirəm ki, insanların xətrinə dəyməsinlər. Çünki hər kəs qocalacaq”.
Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkiləri ilə bağlı toplantı keçirməsinə gəlincə, S.Novruzov deyib ki, YAP rəhbərliyin qərarı ilənamizədləri irəli sürür.
"Bununla əlaqədar mətbuata bildirmişik ki, bələdiyyə seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunduqdan və tam hesabatlarımızı dərc etdikdən sonra parlament seçkiləri ilə bağlı planlarımızı təqdim edəcəyik”.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025