Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-07-2022, 15:51)
İşçiləri qanunsuz işlədən şirkətə cinayət işi AÇILDI

 Azərbaycan Respublikası Baş Prokurorluğuna səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək üçün qulluq mənafeyinə qəsdən zidd olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2021-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif tikinti işləri ilə bağlı layihələr çərçivəsində mexanik-elektrik və zəif axın sistemləri üzrə işlərin yerinə yetirilməsi üçün  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda şəxs mexanik-elektrik və kommunikasiya xəttlərinin çəkilməsi xidmətlərin yerinə yetirilməsinə cəlb edilib.

Göstərilən fakt üzrə  Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024