Siyasət (17-06-2022, 14:29)
Ekspertiza rəyi: "Vilyam Hacıyevin dövründə mənzil növbəsində olmayan şəxslərə qanunsuz evlər verilib"

Mediatv.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-in fəaliyyəti ilə bağlı baş tutan yoxlamaların nəticələri açıqlanıb.
Aktlarda qeyd olunub ki, V.Hacıyevin icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verilib.
Bundan başqa, icra hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamlar imzalanıb.
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov sərəncamlarla bağlı məsələyə etiraz edib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025