Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-06-2022, 18:49)
Moskvada Zəngəzur dəhlizi razılığı...

 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Yeni reallıq isə bölgədə sülhü, əməkdaşlığı, qarşılıqlı əlaqələrin inkişafını, mümkün kommunikasiyaların açılmasını zəruri edir. Azərbaycanın ortaya qoyduğu reallıq bütün bölgə dövlətlərinin qarşılıqlı şəkildə inkişafına hədəflənib. Postmünaqişə dövrü ilə bağlı yaranan situasiyada Ermənistan ərazisindən keçən kommunikasiya xəttlərinin açılmasını özündə ehtiva edir. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə içşi qrupu formalaşdırılıb. "Mediatv.az" xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, uzun fasilədən sonra ötən həftə Moskvada üç dövlətin təmsilçilərinin iştirakı ilə növbəti görüş baş tutdu:

“6 aylıq fasilədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun növbəti görüşündə bir sıra məsələlər müzakirə edilib. Açıqlanan məlumatda tərəflərin mövqeyində müəyyən yaxınlaşmaların qeydə alındığı bildirilir. Məhz bu mənada Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı fikir mübadiləsinin aparılması da diqqətdən yayına bilməz”.

Millət vəkili kommunikasiyaların tam həcmdə açılması üçün bu cür görüşlərin əhəmiyyətinin olduqca böyük olduğunu söyləyib: “Açılacaq kommunikasiya xəttləri hər üçün dövlətin maraqlarına xidmət edəcək. 30 ilə yaxın işğal siyasətinə görə regional layihələrdən təcrid edilımiş Ermənistan üçün bu kommunikasiya xətləri nəfəslik rolunu oynaya bilər. Sadəcə olaraq stabil və düzgün siyasi yanaşma ilə irəliləyişə nail olmaq olar. Ona görə də Ermənistan tərəfi özünün bütün absurd iddialarını kənara qoyub kommunikasiyaların açılması və bundan sonra yaranacaq iqtisadi canlanmaya maneə olmamalıdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025