Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-12-2021, 14:00)
Müharibədən sonar yeni reallıq: - Gürcüstanın regional proseslərdə rolu artır?

Müharibədən sonar yeni reallıq:
“Bu il Gürcüstan bölgədə vacib presedent yaratdı və çox şadam ki, bu, mənim vasitəçiliyim ilə baş tutdu. Biz iki dost və qonşu ölkə arasında ilk presedent yaratdıq”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.

O bildirib ki, Gürcüstan vasitəçiliyi ilə regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verib:

“Azərbaycan və Ermənistan arasında razılaşma üçün mən şəxsən çox səy göstərdim. Hər iki ölkədə bir neçə dəfə oldum, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətlərim oldu. Vasitəçilik təşəbbüsü ilə çıxış etdim. Hər şey spontan baş verdi və mediasiya faktı ilə nəticələndi”.

Xatırladaq ki, bu ilin iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Maraqlıdır, Gürcüstan bölgədə yaranmış vəziyyətdə mövqeyini möhkəmləndirmək istəyir?

DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dövrdə Gürcüstan Cənubi Qafqazda öz mövqeyini xeyli gücləndirmişdi:

“44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında üçtərəfli Bəyannamə imzalandı. Bunun əsasında Azərbaycan və Ermənistan arasında hərbi əsirlər qarşılıqlı şəkildə dəyişdirilmişdir. Lakin mühraibədən sonra təxribat törətmək məqsədilə erməni diversantlar ərazilərimizə qanunsuz şəkildə daxil olmuşdu.

Ermənistan həmin terrorçuları “hərbi əsirlər” adlandırdı. Bunun əsasında ATƏT, ABŞ, Fransa və çoxsaylı Avropa ölkələri və qurumları həmin terrorçuları bizdən istədilər. Azərbaycan tərəfinə isə minalanmış ərazilərin xəritəsi lazım idi. Buna görə də minalanmış ərazilərin xəritələrinin alınması istiqamətində mübadilələlər həyata keçirildi.

Ümumiyyətlə, bu proseslər bir neçə moderasiyadan keçdi. Onlardan biri də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təşəbbüsü ilə keçirildi. Bunu Gürcüstanın təşəbbüsü ilə regionda sülh və stabilliyin formalaşması üçün atılan addım kimi qiymətləndirmək olar. Düşünürəm ki, bunu kiçik də olsa, töhfə adlandıra bilərik.

Aydın məsələdir ki, ilk gündən verilən xəritələrdəki faydalılıq əmsalı olduqca kiçik idi. Hətta onlarda narahatlıq doğurucu və təəssüfedici məqamlar da var idi. Qeyd etmək lazımdır ki, Gürcüstan bölgədə yaranmış yeni vəziyyətdə mövqeyini gücləndirmək üçün də çalışıb. Onların atdığı addımlar da, məhz bu istiqamətdə idi”.

Politoloq qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasındakı konflikt əsasında Cənubi Qafqazda mərkəzə çevrildi:

“Yəni torpqalarımızın işğal altında olduğu müddət ərzində Gürcüstan Cənubi Qafqazda uzun illər mövqeyini möhkəmləndirib. Lakin 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar formalaşdı və bunların fonunda Gürcüstan əvvəlki mövqelərini itirməyə başladı. Digər bir məqam isə ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonrakı yeni vəziyyətdə Gürcüstanın mövqelərinin zəifləməsinə səbəb oldu.

Buna əsas səbəb, rəsmi Tiflisin iqtisadi layihələrdəki seçimli iştirakı ilə bağlı mesajları oldu. Ümumiyyətlə, Gürüstan Rusiyanın Cənubi Qafqazda möhkləmlənməsini heç bir halda istəmir. Hətta Tiflis Moskvanın daxil olduğu heç bir layihədə iştirak etmir. Buna görə də Gürcü hakimiyyəti “3+3” formatında qismən iştirak etdiyini açıqladı.

Lakin Cənubi Qafqazdakı iqtisadi layihələrdəki iştirakı vəziyyəti Gürcüstanın əleyhinə çevirdi. Gürcüstan fərqindədir ki, yeni vəziyyətdə mövqelərini əldən verməmək üçün vacib addımlar atmalıdır.
İrakli Qaribaşvilinin dediyi fikirlər isə qəbul olunmur. Çünki Gürcüstanın təklif etdiyi fikirlərin artıq alternativ formatları var”.
шаблоны для dle 11.2

Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
26 08 2025