Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-12-2021, 14:34)
Moskvanın təlimatı ilə Paşinyana meydan oxuyan Arutunyan... - GƏLİŞMƏ

Moskvanın təlimatı ilə Paşinyana meydan oxuyan Arutunyan...
"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin formalaşmasında Qarabağ məsələsini gündəlikdən çıxarmaqla birbaşa ölkəmizin ərazi bütövlüyünü tanıya bilər”.

Mediatv.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, qeyd edilən məsələ Türkiyə-Ermənistan əlaqələrinin qurulmasında əsas şərtlərdən biridir:

"Paşinyanın ötən gün verdiyi açıqlamasında Qarabağ məsələsinin yekun həllini məhz Azərbaycanın Konstitusiyası əsasında olacağını vurğulaması göstərir ki, İrəvan üçün bu məsələ prioritet olmayacaq. Çünki, rəsmi İrəvan bunun Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına mane ola biləcəyinin fərqindədir. Qarabağda erməni separatçılarının rəhbəri Arayik Arutunyanın bəyanat verərək Paşinyanın Qarabağ ermənilərinin adından danışmağa haqqı olmadığını vurğulaması prosesin böhrana yuvarlandığını göstərir. Arutunyan demək olar ki, Moskvanın təlimatı ilə danışır”.

Politoloq bildirib ki, Ermənistan Qarabağ iddiasından əl çəkəcəksə, Azərbaycan bu məsələni Rusiya ilə uzlaşdıracaq:

"Prezident İlham Əliyev Qarabağda ermənilərin əli ilə ikinci Abxaziyanın yaradılmasına imkan verməyəcək. Ermənistan rəhbərliyi hazırkı kursunu praqmatik olaraq yerinə yetirərsə, Azərbaycanla kommunikasiyaların açılması reallaşacaq. Paşinyan Rusiyanın da mövqeyini zəiflədir. Moskva Ermənistanda da daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq. Gedən geosiyasi reallıqlar Azərbaycanın maraqlarına cavab verir”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025