Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-12-2014, 18:30)
Millət vəkili Pakistanda Qarabağdan danışıb

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsanla görüşüb. 

 

“Mediatv.az"”ın məlumatına görə, Qənirə Paşayeva Senatda Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsana Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də geniş məlumat verib:“ Pakistan senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Senatında Parlament Fraksiyasının rəhbəri, senator Barrister Aitzaz Ahsan parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində də işlərin daha da surətlənəcəyini deyib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024