Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-09-2021, 17:00)
Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək - Foto


Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək


Qazaxıstanın MIIR Yollar Komitəsi Türkiyənin “EH ESER Taahhut ve Sanayi Anonim Şirketi” ilə respublika əhəmiyyətli avtomobil yolunun 101-143 km-lik “Uzunaqaş-Otar” hissəsinin yenidən qurulması ilə bağlı müqavilə imzalayıb.

"Mediatv.az" xəbər verir ki, bu barədə “Kazinform” Milli İnformasiya Agentliyi qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

İmzalanma mərasimində Komitə sədrinin müavini Jambul Baktiyar və podratçı təşkilatın İdarə Heyətinin sədri İlhan Adiloğlu iştirak ediblər.


Yenidənqurma işlərindən sonra yol 1 B kateqoriyalı və 13 tonluq yük qabiliyyətli 4 zolaqlı trafikə malik olacaq. Layihə kənd təsərrüfatı texnikasının keçməsi üçün 2 ədəd yerüstü keçidin və 32 suötürücünün, həmçinin 6 avtobus dayanacağının tikilməsini nəzərdə tutur.

Yenidənqurma işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.




шаблоны для dle 11.2

Xəbər lenti
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
8 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025
7 09 2025