Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-11-2014, 18:55)
“Partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə...”

Mirmahmud Mirəlioğlu: “Bizim təklifimizə reaksiya müsbətdir və biz də hesab edirik ki, bu müsbət reaksiya işin xeyrinə olacaq”

 

Noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülüb.
Quruma daxil olan bir qrup siyasi  partiya rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər. 
Məsələ ilə əlaqədar “Yeni Müsavat”a açıqlamasında Əli Həsənov bildirib ki, hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın   ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. 
Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq". 
KXCP sədri Mirmahmud Mirəlioğlu  bildirdi ki, dövlət rəsmisinin cavabı onu qane edir: “Ona görə də bura nəsə əlavə etməyə ehtiyac yoxdur. Bizim təklifimizə reaksiya müsbətdir və biz də hesab edirik ki, bu müsbət reaksiya işin xeyrinə olacaq. İşlər uğurla gedərsə, hazırlanan təkliflər paketi də masaya qoyulacaq. Hazırda proses gedir , ona görə də geniş danışmağa lüzum görmürəm”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024