Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-05-2021, 12:50)
“Ölkədə rüşvət mexanizminin qurulması üzrə “professor” Səlim Müslümovdur” – ŞOK AÇIQLAMA

“Ölkədə rüşvət mexanizminin qurulması üzrə “professor” Səlim Müslümovdur”
“Rüşvətin alınması və verilməsi ancaq cəza tətbiq edilməklə aradan qalxmayacaq. Rüşvətə yol açan əsas məsələ qadağalar və onların qarşısını almaq üçün verilmiş qanunlardır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səsləndirib. O bildirib ki, rüşvətin qarşısını almaq üçün cəzalardan daha çox qanunların mükəmməl olması və qadağaların maksimum azlığı lazımdır: “Bu gün rüşvət yeri kimi adı ən çox hallanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu da təsadüfi deyil. Azərbaycanda rüşvət mexanizminin qurulması üzrə «professor» keçmiş nazir Səlim Müslümovdur. Bu gün artıq minlərlə saxta təqaüd və müavinət alanlar aşkar olunsa da, hələ şikayətlər səngimək bilmir. Çünki vaxtilə Müslümovun qanuna saldırdığı “rüşvət rıçaqları” hələ də aradan qaldırılmayıb. Bu gün də qanuna görə əli, qolu, gözü olmayan əlillər müəyyən müddətdən sonra bir daha həkim müayinəsindən keçməlidirlər ki, xəstəliklərini yenidən sübuta yetirsinlər. Sanki bir-iki ildən sonra olmayan əl, qol yenidən bitəcək. Bunun mümkünsüz olduğunu hamı çox yaxşı bilir, ancaq yenidən müayinə adı altında rüşvət mexanizmini daim işlək vəziyyətdə saxlayırlar”.

Aslan İsmayılovun sözlərinə görə, bir çox oxşar hallarda xəstə şəxslərin yenidən formal olaraq xəstəxanada yatmaları tələb olunur: “ Bu formal xarakter daşıdığından insanlar xəstəxanalara rüşvət verib guya 10-20 gün orada yatdıqları barədə saxta sənəd alırlar. İndi də Koronavirus pasportu icad edilib. Bəli, bir çox ölkələr bunu tələb edir. Ancaq burada da milyonlarla insan rüşvət almağa, yaxud verməyə təhrik olunur. Hamı bilir ki, koronavirusa tutulan milyonlarla insanlar həkimə müraciət etmədən, heç bir yerdə qeydə alınmadan bu xəstəliyi keçiriblər. Demək bu insanlar da pasport almaq üçün yenidən ya peyvənd olunmalı, yaxud da xəstəlik keçirmələri barədə arayışlar almalıdırlar. Bu, çox ciddi məsələdir və təcili öz həllini tapmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024