Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-04-2021, 15:07)
Etibar Əliyev ölkədə ikinci dini universitetin yaradılmasını istəyir


Etibar Əliyev ölkədə ikinci dini universitetin yaradılmasını istəyir


Milli Məclisin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. 

“Mediatv.az” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.


Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. 

Müzakirələrdə çıxış edən deputat Razi Nurullayev yas mərasimlərində verilən ehsanlarda israfçılığın aradan qaldırılması üçün qanuna dəyişiklik edilməsini təklif edib.

Deputat Etibar Əliyev isə ölkədə dinlə bağlı ikinci universitetin yaradılmasını təklif edib. O həmçinin orta məktəblərdə dinin tədris edilməsinin vacib olduğunu vurğulayıb. Qeyd edib ki, inkişaf etmiş İngiltərə, Finlandiya kimi ölkələrdə dini dərslər tədris edilir.

Deputat Ceyhun Məmmədov Bakı İslam Universitetinin məzunlarının diplomlarının təsdiq edilməsini təklif edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024