Sabiq deputat Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı açıqlama verib.

Mediatv.az xəbər verir ki, keçmiş deputat Modern.az-a bildirib ki, Hüseynbala Mirələmovla dostluğunun dərin tarixi var:

“Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.