Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-10-2020, 14:45)
Petrosyanın çabaları: Peşmərgə Qarabağa gələ bilər? - İsti şərh

 Petrosyanın İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələrinin Qərbi Dəclə regionunun komandiri Zaim Əli ilə görüşməsi boş və mənasızdır. Çünki İraq Kürd Muxtariyyəti və onun hərbi birləşmələri olan Peşmərgə Ermənistana heç vaxt dəstək verməz. Peşmərgə PKK demək deyil.
Bu sözləri "Mediatv.az"-a açıqlamasında politoloq Elxan Şahinoğlu Belçikadakı erməni diasporunun liderlərindən olan suriyalı erməni Peter Petrosyanın İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələrinin Qərbi Dəclə regionunun komandiri Zaim Əli ilə görüşməsi və ondan muzdlu və silah yardımız istəməsi haqda danışarkən deyib.
O qeyd edib ki, PKK terror təşkilatı ilə ermənilərin əlaqələri tarixi köklərə malik ola bilər, lakin Peşmərgə qüvvələri haqda bunu deyə bilmərik:
“Erməni terror təşkilatı ASALA ilə PKK arasında hər zaman sıx münasibətlər olub. Hətta PKK-nın Birinci Qarabağ savaşı zamanı Azərbaycana qarşı döyüşməsi faktları da var. Bu gün də bu istiqamətdə ciddi faktlar mövcuddur.
Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatlarından qorxan Ermənistan hakimiyyəti bu gün Dağlıq Qarabağa müxtəlif muzdlu qüvvələri, həmçinin PKK terror təşkilatını cəlb edib. Lakin bu gün bir məsələni qarışdırmaq düzgün deyil. Bəli, bu bir reallıqdır ki, ermənilər PKK ilə sıx təmasdadır və onlardan istifadə edir. Lakin İraqın şimalındakı Kürd Muxtariyyəti ilə ermənilər arasında təmasa nadir hallarda rast gəlinir. Peşmərgə heç zaman Ermənistana dəstək verməyib, verə də bilməz. Yəni bu gün Peter Petrosyanın İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələrinin Qərbi Dəclə regionunun komandiri Zaim Əli ilə görüşsə də, inanmıram ki, Peşmərgə Ermənistana dəstək versin. Çünki burada Türkiyə faktorunu unutmaq olmaz.
Son illər Türkiyə ilə İraq Kürd Muxtariyyəti arasında yaxın münasibətlər formalaşıb. Hazırda Türkiyənin İraqın şimalında, eyni zamanda Kürd Muxtariyyətində böyük investisiyaları var. Bir maraqlı məqamı da deyim ki, Kürd Muxtariyyətinin hərbi qanadı Peşmərgə regionda PKK-ya qarşı Türkiyənin ən yaxın dəstəkçisidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Peşmərgənin Ermənistana dəstək verməsi mümkün deyil. Bu, Kürd Muxtariyyətinin maraqlarına ziddir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024