Siyasət (29-03-2021, 12:53)
Süveyş qəzası reallığı ortaya qoydu: Bakının önəmi artır

Mediatv.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub:
“Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçərək, o intervalda stabilləşməsi real görsənmir.
Bununla yanaşı, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq.
Qeyd edim ki, “Şimal-Cənub” dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir.
Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025