Siyasət (27-03-2021, 15:27)
Gürcüstana iki partiya verilir, Bakıdan imtina edilir... - NƏ BAŞ VERİR?
Əvvəlcə ondan başlayaq ki, COVAX – vaksinlərin ədalətli bölgüsü üçün yaradılan beynəlxalq təşkilatdır. Vaksinlərin ədalətli bölgüsü məsələsini isə, etiraf edirəm, ilk dəfə Prezident İlham Əliyevdən eşitdik. Azərbaycanla bağlı heç bir problem olmasa və vaksinlərin alınması üçün müqaviləmiz olsa da, ilk dəfə İlham Əliyev varlı ölkələrin əhali sayından qat-qat artıq vaksin almasına, kasıb ölkələrin isə peyvəndləmədən tamamilə kənar qalmasına öz etirazını bildirdi.
İlham Əliyev bunu əvvəlcə yerli və xarici mediaya müsahibəsində dilə gətirdi, daha sonra isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasındakı çıxışının əsas tezisinə çevirdi.
Yəni bu mövzunu beynəlxalq təşkilatların gündəminə gətirən və bu istiqamətdə ədalətli, daha doğrusu, humanist bir qərar qəbul edilməsinə çalışan Azərbaycan və onun rəhbəri olub.
Bu təşəbbüsə beynəlxalq dəstək gələndən sonra formalaşdırılan COVAX-a üzv olan ölkələr sırasında da Azərbaycan ilklərdəndir.
Ancaq bir müddət öncə məlum oldu ki, COVAX Azərbaycana vəd edilən vaksini verməyəcək və yaxud nəzərdə tutulduğundan daha az doza verməyi "nəzərdən" keçirir, onun da vaxtı-vədəsi bəlli deyil.
Əvəzində isə ötən gün COVAX-ın Azərbaycanın qonşusu Gürcüstana vaksinin ikinci partiyasını göndərdiyi rəsmi olaraq elan edildi.
Gürcüstan – Azərbaycanın strateji tərəfdaşı, dost ölkədir və əlbəttə, Gürcüstana vaksinin çatdırılması Azərbaycanın da apardığı siyasətin hədəfidir. Ancaq istər-istəməz sual yaranır: necə olur ki, Gürcüstana hətta vəd edilən vaksinin ikinci partiyası da göndərilir, Azərbaycana isə nəinki "ilk partiya", hətta vəd ediləndən qat-qat azaldılmış dozanın belə nə zaman göndəriləcəyi "müəyyənləşmir"?
Bir daha xüsusi olaraq vurğulayaq ki, məqsəd və hədəf gürcüstan deyil. Ancaq əlbəttə ki, Gürcüstan müqayisə imkanı verir.
Gürcüstanın pandemiyadan zərər çəkən ölkələrə birbaşa və yaxud ÜST vasitəsilə yardım etdiyini xatırlamıram. Ancaq Azərbaycan 30-dan çox ölkəyə pandemiyaya görə yardım edib, üstəlik, ÜST-ə da ianə edib.
Paralel olaraq: bu təşəbbüsü – vaksinin ədalətli bölgüsünü gündəmə gətirən, dünyanın ən mötəbər təşkilatının iclasında prioritet istiqamətə çevirən İlham Əliyevdir. Bəs, necə ola bilər ki, bütün ölkələrə gücü çatdıqca yardım edən, müharibədən çıxmış ölkə olmasına baxmayaraq, yenə də kasıb ölkələrə mümkün dəstəyini davam etdirən, eyni zamanda, vaksinlərin ədalətli bölünməsinə çalışan Azərbaycan kənarda qalır, ancaq, tutaq ki, bu kontekstdə Gürcüstan ikinci partiyanı alır?
Əlbəttə, Azərbaycan vaksinasiyaya başlayan ölkələr sırasında öndəgələnlərdəndir və hazırda ölkəmizdə bu proses davam edir. Çindən alınan vaksin – "Koronavak" hazırda vaksinasiya prosesini aparmaqda kifayət qədərdir. Üstəlik, paralel olaraq Rusiya vaksininin alınması da müzakirə edilir.
Azərbaycan vaksinlərin ədalətsiz bölünməsinə etiraz edib, bu prosesdə nizam-intizam və humanizm prinsiplərinin əsas götürülməsinə çalışan bir ölkədir. Ancaq dünyanın necə ədalətsizcəsinə idarə olunduğunu və böyük ölkələrin, beynəxalq qurumların ikili standartlarından yaxşı xəbərdardır. Ona görə də bu təşəbbüsü göstərəndə belə paralel siyasətini aparıb, Çinlə müqavilələr öz yerində, digər mənbələrlə də çalışmaqdadır.
Zatən biz beynəlxalq təşkilatların ikili standartlarından ən çox əziyyət çəkən ölkəyik. 30 il boyunca işğalçının öz adı ilə çağırılmaması, Ermənistanın özbaşınalıqlarına göz yumulması hər kəsin yadındadır. Nəhayət, Azərbaycan bu işğalı hərblə dayandırmaq yolunu seçməyə məcbur oldu.
İndi də davam edir – həm də keçmiş və qondarma, meyiti belə çürüyən "dqr"i "buz dolabında" saxlayıb, nə vaxtsa reanimasiyada diriltmək fürsəti gözləyən böyük güclər də var, Azərbaycanın mövqeyinə qarşı olanlar da.
Qərb üçün heç bir dəyər yoxdur: nə humanizm, nə beynəxalq qanun, nə nizam! Qərb üçün "bizimkilər" və "özgələr" var. "Bizimkilər" "özgələrin" hesabına yaşamalı, "özgələrin" sərvəti isə talan edilib, insanları terrorçuların hədəfinə çevrilməlidir…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024