Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-03-2021, 18:30)
Rusiya Minsk Qrupunu Qarabağ məsələsinin həllindən uzaqlaşdırıb - ŞƏRH

Rusiya Minsk Qrupunu Qarabağ məsələsinin həllindən uzaqlaşdırıb
Uzun müddətdir ki, dünya dövlətləri Rusiya və ABŞ arasında gərginliyi müşahidə etməkdədir. Hazırda ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etməsi ehtimalı da gündəmdədir. Bu sanksiyalar hansı sahələri əhatə edə bilər və qlobal güclər arasında gərginlik regiona hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı "Mediatv.az"-a danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, gözlənilən sanksiyalar Rusiyaya o qədər də güclü təsir etməyəcək:

“Siyasətçilər ABŞ tərəfindən ehtimal edilən yeni cəza tədbirlərini müzakirə edirlər. Burada iki ehtimal nəzərdən keçirilir. Birincisi, ola bilər ki, Rusiyanın xarici borcları ilə bağlı cəza tədbirləri olsun. Lakin Rusiyanın xarici borcları çox azdır və bu, Rusiya üçün təhlükəli deyil. İkincisi, Rusiyanın bank sisteminin beynəlxalq ödəmələr sistemindən çıxarılması ilə nhağlı ola bilər. Lakin Rusiyaya 5-6 il bundan əvvəl bu təhlükə barəsində xəbərdarlıq olunmuşdu. Ona görə də Rusiya o qədər də təkmil olmayan, amma işlək bir mail sistemi yaradıb. Odur ki, bu məsələ də Rusiya üçün ölümcül təhlükəli deyil”.

Politoloq qeyd edir ki, ABŞ özünün Çinə qarşı mübarizəsində Rusiyanı müttəfiq görmək istəyirdi. Lakin Rusiya əksinə, Çinə müttəfiq olmağı daha üstün tutduğundan, ABŞ belə təzyiqlərə əl atır. Z.Əlizadə dünyanın 7/1-ni tutan Rusiyaya qarşı bu cür təzyiqlərin mənasız olduğunu hesab edir:

“Əvvəla, Rusiyanın zəngin təbii ehtiyatları, 145 milyonluq əhalisi var. Rusiya az-çox işləyən iqtisadiyyata malikdir. Üstəlik, nüvə silahları var. Ona görə Amerikanın sanksiyaları Rusiya üçün ölümcül deyil.

Amerika-Rusiya arasında gərgin münasibətlərin regiona təsirinə gəlincə, politoloq yaranmış durumun Azərbacan üçün müsbət olduğunu da vurğulayır: “ABŞ-ın Rusiyaya qarşı təzyiqləri artırdıqca, bu ölkənin dünya miqyasında xarici siyasət imkanları da məhdudlaşır. Belə olan halda Rusiya sabiq sovet respublikalarına diqqəti artırır. Rusiya Qarabağ məsələsində çox uğurlu əməliyyatla Minsk Qrupunu, Fransanı, Amerikanı Qarabağ məsələsinin həllindən uzaqlaşdırıb. Bundan sonra da Rusiya Azərbaycanla birlikdə çalışacaq ki, Minsk qrupu öz burnunu Qarabağ münaqişəsinə soxmasın”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024