Mediatv.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Bayden müraciətində koronavirus pandemiyası fonunda dünyanın kifayət qədər mürəkkəb mərhələdən keçdiyini, ancaq xoş günlərin yaxında olduğunu qeyd edib.

ABŞ lideri Novruz bayramını İrandan başlayaraq Mərkəzi Asiyaya, Yaxın Şərqdən Avropaya qədər bir çox ölkələrin qeyd etdiyini vurğulayıb.

Onun sözlərinə görə, koronavirus pandemiyası fonunda dünya çətin dövr yaşayır və hətta bayramın qeyd olunması rəqəmsal formatda keçirilir.

"Xatırlamalıyıq ki, bütün ağrılardan və itkilərdən sonra bizi irəlidə ən yaxşı günlər gözləyir. Biz ümumi gələcək, tam sülh və anlayış naminə çalışmalıyıq", - deyə müraciətdə qeyd edilir.