"Engin" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib olunub.

Mediatv.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilən işə hakim Günay Cavadovun sədrliyi ilə baxılacaq. 

Sözügedən xətanın törədilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Engin" MMC müxtəlif növ istehlak məhsullarının ölkəyə idxalı və satışı ilə məşğuldur.