Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-03-2021, 11:52)
ATƏT sülh prosesinə niyə əngəl olur? - ŞƏRH

 Ötən il Azərbaycan 44 günlük Vətən müharibəsilə ərazi bütövlüyünü bərpa edərək 30 illik Qarabağ münaqişəsinə son qoydu. Müzəffər Ordumuz işğal altındakı torpaqları azad etməklə yanaşı, beynəlxalq hüququ da bərpa etmiş oldu. Lakin hələ də bəzi qüvvələr sülh prosesini əngəlləməyə, keçmiş münaqişəsi yenidən alovlandırmağa çalışırlar.
Təxribatçı meyllərə dəstək verənlər arasında ATƏT kimi beynəlxalq təşkilatın olması təəəssüf doğurur. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin bir neçə gün əvvəl İrəvanda səfərdə olarkən separatçı rejimin qondarma “xarici işlər naziri” David Babayanla görüşü bu qurumun hansı mövqədə olduğunu bir daha göstərdi.

Həmin görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, həmçinin qondarma rejimin Ermənistandakı “daimi nümayəndəsi” Sergey Qazaryan da iştirak ediblər.

Artıq tarixə qovuşan, mövcud olmayan münaqişəni gündəmə gətirmək, bu barədə ATƏT sədri səviyyəsində danışmaq, separatçılarla görüş keçirmək hansı maraqlara xidmət edir? Ümumiyyətlə, postmüharibə dövründə, regionda yeni geosiyasi vəziyyətin yarandığı vaxtda sülhə əngəl olan bu cür siyasi gedişlər nəyə hesablanıb?

Bəllidir ki, Lindenin bu addımı birbaşa sülh prosesinə zərbə vurur. Onun separatçılarla görüş keçirməsi hazırkı sabitliyə açıq-aşkar ziddir. ATƏT sədri sanki İrəvanda separatçıları qəbul etməklə qondarma rejimin hələ də qaldığını göstərməyə çalışır, sönən ocağı yenidən alovlandırmağa cəhd edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, sülh prosesi üçün atılan istənilən addımı dəstəkləyəcək, münaqişənin yenidən alovlandırılmasına edilən cəhdlər isə birmənalı şəkildə qınanılacaq. Hazırda rəsmi Bakı region ölkələri ilə birgə sülh və təhlükəsiz şəraitdə gələcəyə hesablanmış planlar qurduğu halda, ATƏT sədri regionu təhlükəyə atan təxribatçı addımla Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün təmin olunmasına əngəl törədir.

Bəllidir ki, Azərbaycan öz tarixi və əzəli sahibinə qaytardığı Qarabağla bağlı status məsələsinə birdəfəlik son qoyub. Bölgədəki hansısa qondarma rejimin qalıqlarının mövcudluğu, gələcəkdə bu əraziyə xüsusi statusun verilməsimüzakirə mövzusu ola bilməz. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, status məsələsi artıq tamamilə bağlanıb.

Azərbaycan ATƏT-lə status mövzusunu müzakirə etməyəcəyini də diqqətə çatdırıb. Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsini uzun illərdən sonra öz gücünə həll edib. Bildirilib ki, bundan sonra ATƏT-in yarıtmaz fəaliyyətinə ehtiyacımız yoxdur.

Prezident İlham Əliyevin bir neçə gün öncə ATƏT sədri ilə görüşdə səsləndirdiyi fikirlər də bundan xəbər verir:

“Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”.

Azərbaycan Prezidenti oxşar fikirləri müharibədən sonra Bakıya gələn ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşdə də səsləndirmişdi:

"Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

Haqlı olaraq sual yaranır ki, hazırda bölgədə irimiqyaslı quruculuq və bərpa işlərinə başlayan Azərbaycan ATƏT-in məqsədi bəlli olmayan yeni vasitəçiliyinə hansı səbəbdən ehtiyac duysun?

Sözsüz ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün heç bir normal addım atmayan ATƏT-in sədri separatçılarla görüşərkən sülhə qarşı addlm atdığını anlamamış deyil. O, bu cür təxribatçı addımı ilə ATƏT-lə yanaşı təmsil etdiyi ölkənin də nüfuzuna xələl gətirmiş olur.

Bu gün regionda qalib və beynəlxalq qanunlarla təsbit edilmiş tarixi ərazisini bərpa edən Azərbaycan söz sahibidir. Regionda digər tərəfdə uzun illər başqasının torpağını zəbt edib işğalda saxlamış və 44 günlük müharibə zamanı məğlub olmuş Ermənistan var. Artıq bölgədə siyasi mənzərə dəyişib, yeni reallıqlar yaranıb. Azərbaycan regionda bundan sonra sülh və əmin-amanlığın olmasında maraqlıdır. Bütün hədəflər sülh və təhlükəsiz gələcəyə hesablanıb. Belə olan təqdirdə ATƏT sədrinin özünü “xarici işlər nazir”i kimi təqdim edən terrorçu David Babayanla görüşü separatizmə dəstək kimi qiymətləndirilə bilər.

Əlbəttə, erməni separatizminin qızışdırılmasına, bitmiş münaqişəni yenidən gündəmə daşımaq cəhdləri dünyada və regionda yeni reallıqlar yaradan Azərbaycanı prinsipial mövqeyindən çəkindirə bilməyəcək. Müharibədən sonra Azərbaycanın qarşısında Qarabağın dirçəldilməsi kimi nəhəng layihələr durur. Kimin, hansı beynəlxalq təşkilatın nə deməsinə, hansı mövqedə olmasına baxmayaraq, Azərbaycan Qarabağı yenidən cənnətə çevirəcək, bölgəyə gətirdiyi sülh və stabilliyi qoruyacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024