Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-03-2021, 17:18)
İşğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayır- Malik Həsənov

 “Azərbaycanın  44 günlük Vətən müharibəsində  30 ilə bərabər yol qət etdiyi bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların  30 ildə edə bilmədiklərini 44 gündə reallaşdıran rəşadətli Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixini yazdı.  44 günlük Vətən müharibəsi tarixi Qələbəmiz olmaqla yanaşı, həm də bir təcrübədir.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev   martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bir daha diqqəti ölkəmizin dünyanın hərb tarixinə yeni səhifə yazmasına yönəldərək bildirmişdir ki, Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.
 
Azərbaycan hər zaman bütün məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə səy göstərmiş, dünyaya ikili siyasətə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar etmişdir. 1993-2020-ci illəri əhatə edən  dövrün təhlili göstərir ki, ölkəmiz  bu illərdə  işğal altında olan torpaqlarını hərbi yolla  azad etmək  imkanlarına malik olsa da  münaqişənin sülh danışıqları ilə nizamlanmasında  maraqlı olub və  səylər  göstərib. Lakin Ermənistan tərəfi atdığı addımları ilə bunun əksini nümayiş etdirib. Hətta 44 günlük İkinci Qarabağ münqişəsinin getdiyi dövrdə Azərbaycan tərəfi hansı şərtlər əsasında  müharibəni dayandırmağın mümkünlüyündən bəhs edərkən Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirdi.”
 
Mediatv.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov qeyd edib.
 
M.Həsənov  bildirib ki, Ermənistan davamlı olaraq hərbi təxribatlar törətməklə, cəbhə xəttindən xeyli uzaqda olan ərazilərimizi raket atəşinə tutmaqla yeni müharibə planlarını ortaya qoydu, işğalçılıq siyasətini davam etdiridi: “Mülki əhalini atəşə tutmaq böyük cinayətdir. Ermənilərin Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər və sair ərazilərimizdə törətdikəri soyqırımı aktları dünyanın gözü qarşısında baş verdi. Möhtərəm Prezidentimiz Füzuli və Xocavənd rayonlarına səfərində də bu məqamı xüsusi vurğulamışdır ki,  bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, Azərbaycan müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb, onları məğlub edib,  torpaqlarımızdan qovub.  Onu da qeyd edək ki, işğalçı dövlət 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə mülki əhaliyə qarşı təcavüz, terrorlar həyata keçirib.  Ermənistan ordusunun 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə mülki əhalini hədəfə alınması 100-dən çox insanın həlak olmasına səbəb oldu.”
 
“Möhtərəm Prezidentimiz, işğaldan azad edilmiş ərazilərimizə qalib Lider, Müzəffər Sərkərdə kimi səfər edən cənab İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı bir daha  ordumuzun  gücünü, qüdrətini belə ifadə etmişdir ki, Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.  Bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, həyata qayıdacaq, infrastruktur bərpa ediləcək, bu torpaqlarımız da malik olduqları resurslar baxımından dünyanın diqqətində olacaq, əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaranacaq, bir sözlə,  bütün dünyaya  xalqımızın böyüklüyünü göstərəcəyik”, - deyə M.Həsənov bildirib.
 
“Ümumiyyətlə, 44 günlük  Vətən müharibəsi  Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu” söyləyən millət vəkili bildirib ki,  Azərbaycan dövləti öz xalqına, beynəlxalq ictimaiyyətə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq şəkildə ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb: “Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən  müharibəsi dövründə 30-a yaxın müsahibəsi, xalqa müraciətləri əsasında  xalqımızı, beynəlxalq ictimaiyyəti bütün məsələlər barədə ətraflı məlumatlandırdı. Ermənistan rəhbərliyi isə yenə də yalanları ilə diqqətdə oldu. Bircə faktı qeyd etmək kifayətdir ki, oktyabrın 9-da Hadrut qəsəbəsi işğaldan azad edildiyi halda, Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir.  Ermənistan rəhbərliyinin  xalqını aldatmaq yolunu seçməsinin  hansı ağır fəsadlara yol açdığı işğalçı dövlətin hazırkı vəziyyətində  öz aydın ifadəsini tapıb.”
 
Millət vəkili onu da qeyd edib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev martın 16-da ilaxır  çərşənbədə Qarabağın ürəyi olan Şuşamızı növbəti dəfə ziyarət edib: “Möhtərəm Prezidentimiz Şuşanın tez bir zamanda  bərpa olunaraq əvvəlkindən də  diqqətçəkən görkəmin  alması  istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Dövlətimizin başçısı hər bir tapşırığın icrası ilə yaxından tanış olmaq üçün  bu ərazilərimizə səfər edir. Cənab İlham Əliyev Şuşa şəhərində olarkən Vaqifin məqbərəsində tezliklə bərpa işlərinin  başlanacağını, məqbərənin əvvəlki görkəminin  bərpa ediləcəyini, layihəni Heydər Əliyev Fondunun öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə icra ediləcəyini bildirib. Bir daha vurğulanıb ki, tarix bərpa edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri,  eyni zamanda, mənfur düşmənə və 30 ilə yaxın müddətdə ona havadarlıq edənlərə bu mesajı ünvanlayır ki,  torpaqlarımız öz tarixi sahibindədir.” шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024