Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-03-2021, 17:45)
Yaxın Şərqdə toqquşan maraqlar: - Suriyada Türkiyə-Rusiya müharibəsi başlaya bilərmi?

Yaxın Şərqdə toqquşan maraqlar:
Suriyanın şimalında vəziyyət son günlər yenidən gərginləşib.

Türkiyənin nəzarətində olan ərazilərin atəşə tutulması nəticəsində dinc sakinlər həlak olub. Ərazi həm Bəşər Əsədə tabe olan hökumət qüvvələri, həm də YPG terror təşkilatının hücumuna məruz qalıb.

Martın 5-də Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Terhin və Hamran yaşayış məntəqələrinin raket atəşinə tutulması 4 dinc sakinin həlak olmasına, 28 nəfərin isə yaralanmasına səbəb olmuşdu. Həmin raketlərin Rusiyanın Tartus limanındakı hərbi gəmidən atıldığı bildirilirdi.

Martın 14-də isə Əl-Bab və Cerablus şəhərləri də ballistik raketlərdən atəşə tutulub. Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, ballistik raket hücumu Hələbdə Əsəd rejiminin nəzarəti altındakı Kuveyris hava limanından həyata keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından yayılan açıqlamada ballistik raketlərin mülki yaşayış yerlərilə yanacaq məntəqələrini hədəf aldığı qeyd edilib.

Hücumda mülki şəxslərin yaralandığı vurğulanan açıqlamada “Firat qalxanı” bölgəsinə istiqamətli keçirilən və mülki əhalini hədəf alan atəşlərın başlamasından sonra bunun dayandırılması üçün Rusiya Federasiyasına xəbərdarlıq edilib və təyin olunan hədəflər atəşə tutulmuşdur” ifadələri yer alıb.

Hər iki halda Rusiyanın adının hallanması Kremlin Suriyada Türkiyəyə qarşı təzyiq vasitələrini işə saldığına işarə edir. Çünki rəsmi Moskva Türkiyə ilə birlikdə Suriyada atəşkəsin təminatçısısıdır. Rusiyanın razılığı olmadan Bəşər Əsəd rejimi hərbi əməliyyatlara başlaya bilməz. Bu isə Rusiya-Türkiyə rəqabətinin artmasından xəbər verir.

Analoji prosesi biz Cənubi Qafqazda, ilk növbədə Dağlıq Qarabağda müşahidə edirik. Ona görə də Türkiyənin Azərbaycanda hərbi və geosiyasi fəallığının artmasından məmnun olmayan Rusiyanın Suriyadan əks-hücuma keçdiyi istisna olunmur.

Politoloq Məhəmməd Əsədullazadə "Mediatv.az"-a açıqlamasında bildirdi ki, Suriyada Rusiya və Türkiyənin maraq toqquşması böhranın 2011-ci ildən, yəni böhranına başlandığı vaxtdan mövcuddur:

“Bu ilk növbədə, Suriyadakı Bəşər Əsəd rejiminə münasibətlə bağlıdır. Sonrak mərhələdə bu ziddiyyət daha da dərinləşib. 2015-ci ildə Rusiya qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra soyuq münasibətlər pik həddə çatdı. Buna baxmayaraq, bir ildən sonra tərəflər ortaq məxrəcə gəldi. Çünki hər iki ölkəyə qarşı Qərbdən təzyiqlər var. Türkiyə NATO-nun üzvü kimi ABŞ-ın müttəfiqi olsa da, Rusiya Susiyada təklənməmək üçün rəsmi Ankara ilə əməkdaşlığa məcbur oldu. Artıq Suriyanın şimalının böyük bir hissəsi Türkiyənin nəzarəti altında idi. Rusiya Türkiyə ilə əməkdaşlığa getməklə Qərbi neytrallaşdıra bildi. Eyni zamanda, Rusiyanın Türkiyə və İranla birlikdə Astana formatını yaratması Bəşər Əsədin hakimiyyətdə qalması, Suriyada terrorçuluğun kökünün kəsilməsi və bu ölkənin ərazi bütövlüyünün saxlanılmasında böyük rol oynadı. Əlbəttə, Suriyanın şimal-şərqində aparılan əməliyyatlar zamanı Rusiya Türkiyənin maraqlarını tanıyırdı.İdlib məsələsinə gəldikdə, Rusiyanın planı Suriyanıən ərazi bütövlüyünü Türkiyə sərhədlərinə qədər təmin etmək idi. Ona görə də tərəflər İdlibdə ciddi hərbi-siyasi toqquşma həddinə gəldi. Bu fikir ayrılığı hələ də davam edir. Türkiyənin Suriyada rolunun artması, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları zamanı nəzarətində olan əraziləri genişləndirməsi Rusiyanı narahat edir. Hər iki ölkə əməkdaşlıq etsə də, Liviyada, Qara dənizdə, Ukraynada, Cənubi Qafqazda maraqları toqquşur. Hazırda İdliblə bağlı proses dalana dirənib. ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra Rusiya qarşı təzyiqlərə yol açıb. Həmçinin Bayden administrasiyası bəyan edib ki, Suriya məsələsində Türkiyə ilə əməkdalıq edəcək. Bu da Rusiyanı ciddi şəkildə narahat edir.

Görünür, Moskva və Ankara arasında fikir ayrılıqları yaranıb. Ola bilər ki, Türkiyə ABŞ-la əməkdaşlığa üstünlük verdiyinə görə, Kreml Ankaranın nəzarət zonasına hücum etmək üçün Əsəd qüvvələrinə tapşırıq verib. Son günlər baş verən hadisələrə Rusiya və Türkiyənin Suriyada bir-birinə güc nümayişidir. Görünür, tərəflərin uzlaşmadığı məqamlar var. Həmçinin Türkiyənin Krım məsələsində Ukraynanı dəstəkləməsi, Donbass münaqişəsini körükləməsi Rusiyanı narahat edir. Rusiyada Suriyada da Türkiyəyə belə təzyiqlər edə bilər. Lakin ötən həftə Türkiyədə “Akkuyu” AES-in açılışında Putin və Ərdoğan telekörpü yaratdı. Prezidentlər enerji sahəsində əməkdaşlığın perspektivindən danışdı. Bu, tərəflərin əməkdaşlıq etdiyi sahələrin çoxşaxəli olduğunu göstərdi. Eyni zamanda, tərəflərin Liviyada, Ukraynada, Cənubi Qafqazda toqquşmasını istisna etmirəm.

Hesab edirəm ki, Suriyada Türkiyə və Rusiya arasında əsəblər gərilib və münasibətlər pozulmaq üzrədir. Ancaq tərəflər mövqe ayrılıqlarına baxmayaraq, Cənubi Qafqazda, o cümlədən də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq mərkəzində əməkdaşlığı davam etdirəcəklər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024