Siyasət (16-03-2021, 15:45)
“Bir Rövşən Əkbərov deyil ki, əksəriyyəti həbs edilməlidir” - Orduda BÖYÜK TƏMİZLİK

Bu fikirləri "Mediatv.az"-a açıqlamasında ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun və 100-dən artıq hərbi hissə komandirinin həbs edilməsi haqda yayılan xəbərlərə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Hafiz Hacıyev qeyd edib ki, ordudakı satqınların aşkar edilərək məsuliyyətə cəlb edilməsi qaçılmazdır və Rövşən Əkbərovun həbsi də bu zərurətdən yaranıb:
“Rövşən Əkbərovun həbs edilməsi zəruri idi. Bir Rövşən Əkbərov deyil ki, əksəriyyəti həbs edilməlidir. Hər kəs gördü ki, müharibə dönəmində bizim nə qədər generalımız, yüksək çinli zabitlərimiz satqın çıxdı. Hətta ermənini gətirib polkovnik rütbəsi verib ordunun içinə buraxmışdılar.
Bunların hamısı çözülməlidir. Hələ müharibə qurtarmayıb, müharibə bundan sonra başlayır. Əsas Nəcməddin Sadıqov bunların başında durur. İndi kimlərsə Nəcməddin Sadıqovu qoltuğunun altına alıb malalayır, ancaq bu, xalq arasında ikrah hissi doğurur.
Burada dövlət öz prinsipiallığını ortaya qoymalıdır. Hüquq-mühafizə orqanları bu məsələdə öz qətiyyətini göstərməli və qanunun aliliyini sübut etməlidir. Dəfələrlə demişik ki, ordunun içində atılmış zümrələr var, bunlar həll edilmədikcə, Qarabağda tam qələbəyə nail ola bilməyəcəyik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025