Siyasət (15-03-2021, 17:00)
“Bəyanatın icrasında problemlər ortaya çıxır” - Rusiya gözləyir...
Etirazların hər gün şiddətləndiyi Ermənistanda vəziyyət daha da gərginləşir. Hakimiyyət sosial problemlərdən qurtulmaq üçün hərbi büdcəsini azaltmağı planlaşdırır. Keçirilmiş rəy sorğusunda vətəndaşlar da müharibədəki biabırçı məğlubiyyətdən sonra hərbi büdcəni azlatmağın tərəfdarı olduqların bildiriblər.
Çünki ölkədə iqtisadi böhran o qədər dərinləşib ki, hökumət maaş və pensiyaları verməkdə ciddi çətinliklə üzləşib. Artıq Ermənistan hakimiyyəti sözügedən məsələni fəal şəkildə müzakirə edir. "168.am" nəşri yazır ki, sözügedən təklif iki dəfə müzakirədən keçirilib. Bunlardan biri hökumət üzvləri arasında, digəri isə müdafiə nazirliyində olub.
Ermənistandakı durumu “Mediatv.az”a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, müharibədən sonra Ermənistanda böhran dərinləşir:
“İrəvanda yalnız hakimiyyət davası getmir. Siyasi hakimiyyət uğrunda bir-birinə düşmən olan baş anzir Nikol Paşinyan komandası ilə Robet Koçaryan və “Qarabağ klanı”nın müharibəsinin şahidiyik.
Onların hər biri bilir ki, birinin məğlubiyyəti digərinin məhvinə gətirib çıxaracaq. Ona görə də mübarizələrini sona qədər davam etdirəcəklər.
Digər tərəfdən Ermənistan cəmiyyətinin daxilində ideologiyaların böhranının şahidiyik. “Böyük Ermənistan” xəyalı ilə yaşayan erməni xalqı günlərin bir günü yuxudan ayılaraq məğlubiyyətlərini və reallığın tamamilə fərqli olduqlarını gördülər. Ona görə də indi vəziyyətin dəyişməsini və mövcud ideologiyanın davam edə bilməyəcəyini başa düşməkdədirlər”.
Z.Məmmədov qeyd edib ki, Ermənistandakı revanşistlər hələ də mübarizə aparırlar:
“Çünki ümumdünya erməni diasporu və Ermənistandakı revanşistlər yaxşı başa düşürlər ki, onlar “Böyük Ermənistan” məqsədi olmadan erməni dövlətçiliyinin gələcəyini görmək istəmirlər.
Yaxın zamanlarda parlament seçkilərinin keçirilməsi vəziyyəti sabitləşdirə və seçkilər vasitəsilə xalq öz seçimini edərək kimin və hansı ideaların hakimiyyətdə olmasına öz qərarını verə bilər.
Üçtərəfli bəyanatın yerinə yetirilməsi üçün Ermənistandakı sabitlik vacibdir. Son zamanlar bəyanatdakı bəzi müddəalarda problemlərin də ortaya çıxdığını görürük. Həmin problemlərin aradan qaldırılması zəruridir.
Burada Rusiyanın Ermənistanda baş verənlərlə bağlı fəal iş birliyi və İrəvanda yaşananlarla əlaqədar gözləmə mövqeyində olduğunu görməkdəyik. Bizim üçün əsas məsələ isə bəyanatın motivlərinin dərhal yerinə yetirilməsidir.
Ona görə də rəsmi Kreml Ermənistandakı vəziyyətin sabitləşməsində maraqlı olmalıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024