Siyasət (12-03-2021, 18:15)
“Özlərini varlandırmağa gəliblər, yoxsa dövləti?!” - YAP-ın yeni heyəti barədə
Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) 7-ci qurultayının keçirilməsi respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qaldı. Qurultayda vacib dəyişikliklər həyata keçirildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyada fəaliyyətin tənzimlənməsinin yeni və çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.
“Mediatv.az” olaraq YAP Siyasi Şurasının üzvü, sabiq deputat, məşhur “91-lər”dən olan professor Şahlar Əsgərovla əlaqə saxlayıb qurultaydakı dəyişiklikləri müzakirə etdik:
-Sizcə, hakim partiyadakı növbədənkənar qurultay nə ilə bağlı idi?
-Bu qurultay gözlənilən idi. Çünki ölkədə ictimai-siyasi vəziyyət çox dəyişmişdi. Artıq torpaqlarımızın 95 faizi qaytarılıb. Bundan qabaq isə dövlətin daxili idarəetmə və kadr sistemində gənclərə üstünlük verilirdi. Xalqın etibarını doğrultmayan şəxslər idarəetmədən uzaqlaşdırılırdı. Bütün bunlar isə YAP-ın 7-ci qurultayının keçirilməsini zəruri etdi.
-Qurultayda yeni qərarlar qəbul edildi...
-Fikrimcə, yeni qərarların qəbulu yerinə idi. İlk növbədə Siyasi Şuranın aradan götürülməsini alqışlayıram. Çünki Siyasi Şura gənc kadrların hər hansı bir proqramı idarəetməsində bufer idi. YAP İdarə Heyətinin 20 nəfərdən 40 nəfər tərkibə keçməsi, Veteranlar Şurasının yaradılması və Siyasi Şuranın aradan götürülməsi mütərəqqi qərardır. Gənclərin birbaşa və çox asanlıqla partiyanın rəhbərliyinə gəlməsi üçün yol açıldı. Gənclərin hakimiyyətə cəlb olunmasının tərəfdarıyam. Lakin hər bir insanın iki mənafeyi var: bunun biri şəxsi, digəri isə ictimai mənafedir. İnsan anadan olanda şəxsi mənafe ilə doğulur. Sonra təhsil aldıqca onun qəlbində vətənpərvərlik, yəni ictimai mənafe meydana gəlir. Gənclərdən biri vəzifəyə gəlmək istəyəndə onun şəxsi və yaxud ictimai mənafeyinin çox olub-olmadığını ölçmək lazımdır. İctimai mənafeyi çox olan gənclərdən ikiəlli yapışmaq lazımdır. Belə gənclər idarəetmədə olmalıdır. Onlar millət üçün gərəkli adamlardır. Amma şəxsi mənafelərini güdən insanlardan dövləti və milləti qorumalıyıq. Partiya kifayət qədər yeniləndi, yeni güc və ideyalarla zəngin oldu. Partiyanın yaranmasında ilk gündən iştirak edən və məni yaşda olanlar isə Veteranlar Şurasında toplanıb, öz təcrübə və praktikası ilə gəncləri məlumatlandıracaq.
-Bəs yeni heyətdən razısızmı?
-Tanıdığım və hazırda yeni heyətdə yer alanlardan razıyam. Lakin tanımadıqlarım var ki, onlar barədə fikir bildirməyin tez olduğunu düşünürəm. İşləsinlər, diqqətlə izləyib qiymətləndirərik. Yeni heyətin hansı düşüncə ilə partiyaya gəlməsi önəmlidir. Özlərini varlandırmaq üçün gəliblər yoxsa dövləti? Öz mənafelərini güdəcəklərsə, hökmən varlanacaqlar, amma zəifləyən dövlət olacaq. Yox, dövlətə qulluq üçün gəliblərsə, çox yaxşı nəticələr əldə edəcəyik.
-6 siyasi partiyanın YAP-a birləşməsini necə dəyərləndirirsiniz?
- Ölkədə partiyaların sayı nə qədər azalsa, bir o qədər yaxşıdır. Fikrimcə, Azərbaycanda partiyaların sayı lazım olandan çox idi. 7-ci qurultayda 6 partiya YAP-a qoşuldu, növbəti qurultayda bu proses davam edərsə, çox yaxşı olar. Bunu cəmiyyətin sağlamlaşması kimi qiymətləndirmək olar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024