Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı gizlilik şəraitində baş tutdu. Tədbir partiyanın mərkəzi qərargahında keçirildi, partiyanın lideri, prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva tədbirdə onlayn qaydada iştirak etdilər.
Pandemiya məhdudiyyətləri şəraitində, ictimaiyyətdən xəbərsiz keçirilən bu tədbir şübhəsiz ki, hakimiyyət üçün zərurətə çevrilmişdi. Partiyanın rəhbər orqanlarında aparılan kadr və struktur dəyişikliklərindən aydın oldu ki, fövqəladə qurultaya nədən ehtiyac yaranıb.
Beləliklə, YAP-ın kollegial orqanı olan Siyasi Şura ləğv edildi, İdarə Heyətinin tərkibi artırılaraq 20 nəfərdən 40 nəfərə çatdırıldı. YAP İcra Katibliyi də ləğv olundu, onun yerində İcra Aparatı yaradıldı. Partiya veteranları üçün də ayrıca Veteranlar Şurası təsis olundu. Nəzarət Təftiş Komissiyasının tərkibi yenidən seçildi.
Dəyişikliklər nəticəsində YAP-ın icra katibi Əli Əhmədov partiyaya cari nəzarət səlahiyyətlərini itirdi, onu sədrin müavini, İcra Aparatının yeni rəhbəri Tahir Budaqov əvəzlədi. Ə. Əhmədov isə sədr müavini kimi fəaliyyət göstərəcək.
Siyasi Şuranın tamamilə ləğv olunması nəticəsində “91-lər”in əksəriyyətinin ali orqanda təmsilçiliyinə son verildi. O cümlədən, Ramiz Mehdiyev də onlarla bərabər Veteranlar Şurasına transfer edildi. Beləliklə, AMEA prezidentinin YAP-a təsir imkanları sıfıra endirildi. Dövlət vəzifəsindən uzaqlaşdırılan Prezident Administrasiyasının sabiq şöbə müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənov YAP İdarə Heyətinin üzvlüyündən də kənarlaşdırıldı.
Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov kimi tanınmış şəxslər də YAP rəhbərliyindən uzaqlaşdırıldılar.
Hakim partiyanın İdarə Heyətinə seçilən yeni simalardan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İqtisad Universitetinin rektoru Ədalət Muradov, deputat Pərvin Kərimzadə, parlamentin Energetika, təbii sərvətlər və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Elşad Mirbəşirli, Kamal Cəfərov, Tahir Mirkişili və başqalarının adlarını çəkmək olar.
Ramiz Mehdiyev qurultaydan sonra mətbuatdan qaçmasa da, solğun görkəmi, qısıq səslə danışığı və dalğın fikirləri ilə diqqət çəkdi. O, heç bir səlahiyyəti olmayan Veteranlar Şurasını “möhtəşəm qurum” kimi təqdim etdi. Ona “beşinci kolon”, “hakimiyyətdə oturub, başqa qüvvələrə işləyən məmurlar” barədə suallar verdilər. Mehdiyev əvvəlki qətiyyətlə olmasa da, yenə də inkarçı mövqedə dayandı. Özü haqqında isə keçmiş zamanda danışaraq “nə bzim vaxtımızda, nə də indiki dövrdə hakimiyyətdə belə şəxsləri tanımıram” dedi.
YAP-ın növbədənkənar qurultayı “köhnə qvardiya”nın arxivə göndərilməsini rəsmiləşdirmək üçün çağırılmışdı. 2018-ci ildən başlayan proses məntiqə uyğun olaraq hakim partiyanı da əhatə etdi. Bu dövr ərzində hakimiyyətdə yüksək post tutan xeyli sayda məmur vəzifələrindən çıxarılıb, onları yeni, gənc kadrlar əvəzləyib. Bu gün həmin məmurların özlərini və çevrələrini YAP rəhbərliyindən uzaqlaşdırdılar. Bununla partiyada real olaraq nəsə dəyişdimi? Qəti fikir demək çətindir. Mövzu qarşıdakı günlərdə də müzakirə mövzusu olacaq.
Yekunda onu qeyd edək ki, mediadan, ictimaiyyətdən xəbərsiz, Nizamnamə pozuntuları ilə qurultay keçirilməsi hakim partiyaya yaraşan hal deyil. Normalda bütün partiya strukturlarında konfranslar keçirilməli, ali tədbirə nümayəndələr seçilməli, habelə təklif olunan Nizamnamə, struktur, kadr dəyişiklikləri ilə bağlı ictimai müzakirələr aparılmalı idi. Amma nəinki bunlar edildi, qurultay başlayana qədər hətta hakim partiyanın media qurumları da bu barədə heç bir informasiya yaymadılar.
Bu tədbir həm də pandemiya rejimi ilə ziddiyyət təşkil edir. Operativ Qərargah aprelin 1-nə qədər 10 nəfərdən artıq adamın iştirakı ilə toplantıların keçirilməsini qadağan edib. Lakin iqtidar partiyası bu qadağaya əməl etmədi. Bu da ölkədə ikili standartların hökm sürdüyünü bir daha göstərir. //PRESSKLUB.AZ//
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024