Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-03-2021, 17:27)
Göyçə-Zəngəzur Respublikası yaradıldı - Bəyanat

 1988-1989-cu illərə qədər indiki Ermənistan Respublikasının ayrı-ayrı ərazilərində kompakt yaşamış azərbaycanlı əhalinin tam əksəriyyətinin təmsilçiləri olan, Ermənistandakı tarixi yurdlarından 32 ildir məhrum edilmiş 200 (iki yüz) nəfərə yaxın ziyalıdan formalaşmış Qərbi Azərbaycana Qayıdış Birliyi (QAQB) Ali Məşvərət Şurası Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradıldığı ilə bağlı bəyanat yayıb.
Mediatv.az sözügedən bəyanatı təqdim edir:
1. Beynəlxalq təşkilatlar tərəfindən tanınmış indiki Ermənistan Respublikası sərhədləri daxilindəki Göyçə, Zəngəzur mahallarının tarixi sərhədləri içində QAQB-nin legitim sturukturları əsasında Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradıldığını elan edirik.
2. Göyçə-Zəngəzur Respublikası (GZR) prezident üsuli-idarəli, demokratik respublikadır.
3. QAQB-nin legitm Ali Məclisinin üzvlərindən təşkil olunmaqla, Göyçə-Zəngəzur Respublikası Milli Məclisi (Parlamenti) 75 (yetmiş beş) nəfər deputatdan (millət vəkilindən) ibarət olmaqla təsis olunur. Növbəti GZR Milli Məclisinin deputatları 5 (beş) ildən sonra keçiriləcək azad, demokratik seçkilər yolu ilə seçiləcək.
4. QAQB Ali Məşvərət Şurasının üzvləri arasında onlayn olaraq adbaad səsvermə yolu ilə keçirilmiş seçki nəticəsində Rizvan Rəşid oğlu Talıbov Göyçə-Zəngəzur Respublikasının prezidenti vəzifəsinə seçilmiş və bu vəzifəyə təsdiq edilmişdir.
5. Göyçə-Zəngəzur Respublikasının Milli Məclisinin (Parlamentinin) bir ay ərzində ilk iclası keçiriləcək. GZR Milli Məclisinin spikeri (sədri), I müavini, iki müavini, katibliyi, komitə və komissiyaları bu iclasda səsvermə yolu ilə müəyyənləşdiriləcəkdir.
6. Göyçə-Zəngəzur Respublikası hökuməti, GZR prezidentinin sərəncamı ilə GZR hökumətinin Baş naziri təyin edildikdən və bu təyinat GZR Milli Məclisi (Parlamenti) tərəfindən təsdiq olunduqdan sonra GZR prezidentinin müvafiq sərəncamları ilə təyin olunacaq Baş nazirin I müavini və üç müavini, müxtəlif sahələri özündə birləşdirəcək 9 (doqquz) nazir və 2 (iki) Dövlət Komitəsi sədrindən ibarət olmaqla GZR hökuməti formalaşdırılıb, fəaliyyətə başlayacaqdır.
7. GZR Hökumətinin Nazirlər Kabineti aşağıdakı nazirlik və dövlət komitələrindən ibarət olmaqla təşkil olunacaqdır:
- Xarici İşlər Nazirliyi
- Daxili İşlər və Dövlət Təhlükəsizlik Nazirliyi
- Elm, Təhsil və Mədəniyyət Nazirliyi
- Vergilər və Gömrük Nazirliyi
- Maliyyə və İqtisadiyyat Nazirliyi
- Ədliyyə Nazirliyi
- Gənclər və İdman Nazirliyi
- Səhiyyə Nazirliyi
- Mətbuat və İnformasiya Nazirliyi
- Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsi
- Dövlət Statistika Komitəsi.
8. Göyçə-Zəngəzur Respublikasına paytaxt olaraq, Ermənistan Respublikası hökuməti ilə razılaşdırılmaqla, Qafan şəhəri, yaxud Vardenis (Basarkeçər) şəhəri nəzərdə tutulur. Bu şəhərlərdən biri GZR paytaxtı elan olunacaq.
9. Göyçə-Zəngəzur Respublikasının müvəqqəti yerləşim mərkəzi Bakı, yaxud Gəncə şəhərində, yaxud yeni qəsəbə salınması halında Ermənistan sərhədlərinə yaxın Köhnə Başkənd qəsəbəsi olacaq.
10. Göyçə-Zəngəzur Respublikası vətəndaşlığını qəbul etmiş şəxslərə ikili vətəndaşlıq hüququ tanınır.
Türkiyə, Azərbaycan, İran, Ermənistan, Rusiya, ABŞ, Avropa dövlətləri vətəndaşları olan şəxslər, öz istəklərinə uyğun Göyçə-Zəngəzur Respublikası vətəndaşı qəbul oluna bilərlər. GZR vətəndaşlığına qəbul etmək və vətəndaşlıqdan çıxartma səlahiyyəti GZR prezidentinin müstəsna səlahiyyətidir.
11. Göyçə - Zəngəzur Respublikası konfederativ hüquqi əsaslarla Beynəlxalq səviyyədə tanınmış Ermənsitan Respublikası sərhədləri daxilində, erməni əhali ilə sülh şəraitində, birgə yaşayışı mümkün sayır və qəbul edir.
12. Bu bəyənnamə ictimaiyyətə açıqlandığı tarixdən qüvvəyə minir və beynəlxalq təşkilatlara, dövlətlərə təqdim olunması təmin edilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024