Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2021, 18:30)
“Zəngəzur dəhlizinin açılmasını ləngidə bilərlər” - Böhran bəhanəsi

“Zəngəzur dəhlizinin açılmasını ləngidə bilərlər”
Ermənistanda daxili vəziyyət düzəlmir ki, düzəlmir. Əksinə, durum getdikcə ağırlaşır. Dünənki mitinqlər isə, bəlkə də, ən pik hədd idi. Buna baxmayaraq, ABŞ- da Baydenin hakimiyyətə gəlişindən etibarən devrilməsi gözlənilən baş nazir Nikol Paşinyan hələ də “post”undadır. O, dünən səsucaldıcı ilə xalqın içinə çıxdı, pofoslu cümlələr işlətdi, “Məni güllələyin”dedi.

Görünür, ölməyincə hakimiyyətdən getmək fikri yoxdur. Hər halda öz işidir. Lakin siyasət heç də ancaq şəxsi arzulardan, istəklərdən ibarət deyil. Necə deyərlər, sən saydığın sal, gör, fələk nə sayır. Fələyin Paşinyan üçün nə saydığı isə hələlik sual altındadır.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistandakı daxili vəziyyəti “Mediatv.az”a şərh etdi:

“Hakimiyyət çevrilişi üçün hüquqi- konstitusion yol yoxdur. Parlamentdə çoxluq Paşinyanın tərəfindədir. Xalq isə mübarizələrdən yorulub. İnsanlar hərbi cinayətkarların geri qayıtmasnı istəmirlər. Odur ki, məncə, proseslər hələ bir müddət belə davam edəcək. Üsətəgəl, təhlükəsizlik xidmətinin və polisin baş nazirin arxasında olduğunu da nəzərə almalıyıq”.

A.Mollazadənin fikrincə, rəsmi İrəvan mövcud vəziyyətdən sui-istifadə edə bilər:

“Bu proseslər Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinə mane olmasını istisna etmirəm. Əsas öhdəlik Zəngəzur dəhlizinin açılmasıdır. Bütün region ölkələri bunu istəyirlər. Lakin Ermənistan hərbi- siyasi hakimiyyəti daxili böhranı bəhanə gətirərək prosesin icrasını ləngidə bilər. Onu da deyim ki, revanşist qüvvələrin fəallaşması onlar üçün ağır nəticələrə səbəb olacaq. Düşmənlər “Dəmir yumruğ”un yerində olduğunu unutmamalıdırlar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024