Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2021, 15:55)
Minalanmış ərazilərin xəritəsini Ermənistandan necə almalı? - AKTUAL

Minalanmış ərazilərin xəritəsini Ermənistandan necə almalı?
Fevralın 25-də işğaldan azad edilmiş ərazilərdə daha bir mülki şəxs minaya düşüb. Hadisə günorta saat 14.00 radələrində Cəbrayıl rayonunun Mehdili kəndində baş verib. Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 57 yaşlı Güloğlan Mirzəliyev piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu, döyüşlər dayandırılandan sonra ilk mina partlaması deyil. Bundan əvvəl də Füzuli, Ağdam və digər rayonların ərazilərində həm hərbçilərin, həm də mülki vətəndaşların minaya düşməsi halları baş verib.

Baş Prokurorluqdan verilən məlumata görə, müharibənin dayanması barədə Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli razılaşmadan ötən üç ay ərzində – noyabrın 10-dan fevralın 9-na qədər olan müddətdə – mina hadisələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. Daha 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Minatəmizləmə Agentliyinin məlumatına əsasən, 350 milyon kvadratmetrdən 830 milyon kvadratmetrə qədər ərazidə 50 mindən 100 minədək minanın yerləşdirildiyi hesablanıb. Bir qayda olaraq, ərazilərə minalar yerləşdirilərkən xəritələr tərtib edilir. Həmin xəritələrin bir nüsxəsi də dövlətin Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılır.

Vəkil Fuad Ağayev deyir ki, müharibənin başa çatması barədə razılaşmadan sonra Ermənistan mütləq həmin xəritənin sürətini Azərbaycana verməliydi. Amma indiyədək xəritə verilməyib. Nəticədə mina partlaması nəticəsində ölüm və xəsarət halları getdikcə artır.

Vəkilin sözlərinə görə, Ermənistan xəritəni vermədikcə hər keçən gün daha çox insan tələfatına səbəb olur. Bununla özünün də qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsini təkrar-təkrar pozur.

Fuad Ağayevin fikrincə, Azərbaycan Ermənistanın bu cür davranışından Konvensiyanın icrasına nəzarət edən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməlidir. Avropa Məhkəməsi vasitəsilə erməni tərəfi minalanmış ərazilərin xəritəsini verməyə məcbur etmək olar:

“Həmin ərazilər 25 ildən artıq idi ki, işğal altındaydı. Aydın məsələdir ki, oradakı minaları ora nəzarət edənlər basdırıb. Ermənistan müharibə dayanandan sonra xəritəni verməyə borclu idi. Amma vermirsə, müxtəlif siyasi-hüquqi yollarla məcbur edilməlidir. Çıxış yolu həm də Azərbaycanın dövlət kimi, Avropa Məhkəməsi Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, aralıq tədbir görülməsi üçün Məhkəməyə müraciət etməsidir. Müraciət olunmalıdır ki, Konvensiyanın 2-ci maddəsinin – yaşamaq hüququnun bundan sonra pozulmasının qarşısının alınması məqsədilə Avropa Məhkəməsi Ermənistandan həmin xəritələri tələb etsin. Ermənilər xəritələri versələr, qurbanların sayını xeyli azaltmış olarıq. Əgər verməsələr, beynəlxalq aləmdə məzlum obrazlarına şiddətli zərbə alacaqlar”.

Fuad Ağayev xatırlatdı ki, müharibə getdiyi müddətdə həm Azərbaycan, həm də Ermənistan tərəfindən Avropa Məhkəməsinə Reqlamentin 39-cu qaydasına uyğun olaraq, bir neçə dəfə müraciət edilib. Azərbaycanın müraciətlərində dinc əhali və mülki obyektlərə qarşı hücumların dayandırılması və s. tələblər əksini tapıb:

“Hesab edirəm ki, xəritələrlə bağlı növbəti müraciətə ehtiyac var. Bu addım təcili atılmalıdır. Həm hüquqi, həm də siyasi baxımdan bu vasitədən istifadə olunması məqbuldur. Sivil ölkələr döyüş əməliyyatları dayandırılanda minalanmış ərazilərin xəritələrini təqdim edirlər. Ermənistan özünü sivil dövlət kimi aparmırsa, biz bu hüquqi vasitədən bəhrələnməliyik. Xəritənin verilməməsi üçtərəfli bəyanatın da ruhuna zidd olan davranışın davamı deməkdir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfansında bu problemə toxunub. O, Ermənistan tərəfinin hələ də Azərbaycana minalanmış ərazilərin xəritəsini təqdim etmədiyini söyləyib.
шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024