Siyasət (2-03-2021, 12:52)
Paşinyanın izdihamlı mitinqi nə vəd edir? – Şərh
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun "Mediatv.az"-a müsahibəsi:
- Ötən gün Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqinə qatılanların sayını dəfələrlə üstələdi. Sizcə, bu, nədən xəbər verir?
- Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əskinə, qarşıdurma güclənəcək. Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı-prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirmək istəyi də bundan xəbər verir. O, Baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki Baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən biri budur ki, Baş nazir Baş Qərargah rəisini istefaya göndərə bilmir, prezident buna mane olur. Baş Qərargah rəisi Onik Qasparyan istefa vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına Baş Qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və Baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik.
Paşinyanın dəstək mitinqinə qatılanların sayının müxalifətin mitinqlərinə qatılanların sayını üstələməsinə gəldikdə isə deyə bilərəm ki, bu, o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir. O cümlədən keçmiş Dağlıq Qarabağdan vaz keçib.
- Sizcə, “Dağlıq Qarabağdan vaz keçib” cümləsi çox iddialı olmadımı?
- Razıyam, iddialı fikirdir. Gəlin, onda belə düşünək. Vaz keçməyib nə edəcəklər? Ermənilər açıq deyə bilmirlər, ancaq müharibədə məğlub olan Paşinyana hələ dəstək verirlərsə, deməli, keçmiş Dağlıq Qarabağdan vaz keçiblər. Keçmiş Dağlıq Qarabağ onlar üçün ağır yükdür.
Digər tərəfdən, bu gün Ermənistan müxalifəti Paşinyan qarşısında əlacsız qalıb. Hətta Paşinyana qarşı “Venesuela modelini” tətbiq etməyə çalışa bilərlər. Yəni Paşinyanın dirəndiyini və istefa verməyəcəyini anlayan müxalifət paralel stukturlar və meydanda müvəqqəti hökumət formalaşdıra bilər. Sonra da dövlət stukturlarına, o cümlədən Baş Qərargah rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin. Venesuelada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü, iqtisadiyyatı yerlərdə sürünür. Bu baş versə, bənzər ssenari Ermənistanı da gözləyir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024