Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-02-2021, 18:00)
Rusiya Paşinyandan bu cümləsinin qisasını alır – “Belə deməməli idi...”

 "Ermənistan dərin siyasi böhran yaşayır. Paşinyanın əhali arasında reytinqi pis deyil. Sadəcə olaraq bu günlərdə ciddi bir səhvə yol verdi. Necə deyərlər, Rusiyanın quyruğunu tapdaladı. Bildirdi ki, Rusiyanın Ermənistana verdiyi silahlar, xüsusilə "İsgəndər” əməliyyat-taktiki kompleksinin raketləri köhnə idi, silahların atdığı raketlərin çoxu ya hədəfdən yan keçir, ya da partlamır”.

Bunu "Mediatv.az"-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyanın açıqlaması ciddi etirazlara səbəb olub:

"Xüsusilə bu, Rusiyanın silah satışına kölgə saldı. Görünür, Ermənistandakı ruspərəstlər Rusiyanın müəyyən dairələrindən göstərişlər alaraq artıq Paşinyanı devirmək qərarına gəliblər. Bunu da orduya həvalə ediblər. Çünki 20-yə yaxın partiyanı birləşdirən müxalifətin demək olar ki, Paşinyana gücü çatmır, əhali müxalifəti müdafiə etrmir. Dünən axşamüstü ordunun baş qərargah rəisi, müavinləri, ordunun idarə rəisləri, eləcə də bir sıra korpusun komandirləri – təxminən 40-a qədər yüksək rütbəli zabit Paşinyanın hakimiyyətdən getməsini tələb etdilər.

Paşinyan da baş qərargah rəisinin müavinini dərhal işdən azad etdi, xalqa müraciət edərək onları Respublika meydanında mitinqə çağırdı. Yəni, vəziyyət çox gərgindir, qarşıdurma elementləri mövcuddur. Müxalifət tərəfdarları ilə Paşinyan tərəfdarları arasında toqquşma ehtimalı var. Amma bütövlükdə belə görünür ki, Rusiya da artıq Paşinyanla vidalaşmağı düşünür. Bu baxımdan onun hakimiyyətdə qalması üçün xalqın böyük dəstəyi tələb olunur”.

Politoloq bildirib ki, Paşinyan meydanlarda 100-150 min adam yığa bilsə, hakimiyyətini qoruyub saxlaya biləcək: "Digər tərəfdən Paşinyanın hakimiyyətə dirənəcəyi təqdirdə ona qarşı sui-qəsd ehtimalı da var. Paşinyan səmimi danışmaq istədi, amma siyasətdə səmiyyəti kimdir qəbul edən? O, hər şeyi açmamalı idi. Açıqlamaları haqlı olaraq Rusiyanı qıcıqlandırdı. "İsgəndər” raketləri Paşinyan üçün başağrısı oldu”.

Müsahibimiz həmçinin Paşinyanın hakimiyyətdən getdiyi təqdirdə Qarabağ bəyanatlarının qüvvədə qalıb-qalmayacağı ilə bağlı da danışıb: "Bəyanatlar qüvvədə qalmalıdır, onun böyük hissəsi yerinə yetirilib. Paşinyan bizim üçün ən uyğun adam idi, reallıqları görə bilirdi. Buna baxmayaraq yerinə başqası gəlsə də, Azərbaycan ordusu var, qardaş Türkiyə var”.шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024