Siyasət (26-02-2021, 15:34)
Putinə bildirmişdim, Ermənistana hücum edəcəkdik... - Əliyev
Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
"Mediatv.az" xəbər verir ki, Prezident bu gün keçirilən mətbuat konfransında Rusiyadan olan jurnalistin sülhlə bağlı sualını cavablandırıb:
“Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər bizdə də müəyyən suallar doğurdu. Bu məsələ ilə bağlı ironiyalı fikirlər bildirmək istəmirəm. Rusiya rəsmiləri, parlament üzvləri də bildirmişdi ki, “İsgəndər” raketi gücünün 10%-i qədər partlaya bilməz.
Bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Təsəvvür edin, təyyarələri itib, bilmirlər ki, hardadır?! Bir istiqamətdə uçublar, pilotları gizlənib və oturub fikirləşiblər ki, kim onların təyyarələrini oğurlanıb. Əbu-Dabidəki hərbi sərgidə Ermənistanın bir dənə də olsun eksponatı yox idi. Nə göstərsinlər, çünki heç bir hərbi istehsalları yoxdur.
Digər tərəfdən nəyə görə meymunluq edib özünü rüsvay edəsən? O sərgidə Ermənistan stendində hərbi avadanlıqlar əvəzinə kitablar əksini tapmışdı. Bu bir rüsvayçılıqdır. “İsgəndər” raketlərinin gücünün 10%-i qədər partlaması barədə fikirlər isə bir lətifədir. Bu tragikomediyalar Ermənistanda baş verənləri xarakterizə edir.
SKAD, “Toçka-U” raketlərini yaşayış məntəqələrimizə atmışdılar. Biz Gəncəyə atılan raketlər barədə məlumatları birbaşa Rusiya tərəfinə çatdırmışıq, həmlələr davam edəcəyi halda, bizim başqa seçimimiz qalmayacağını və onların şəhərlərinə hücum edəcəyimizi Vladimir Putinə bildirmişdim. Bizim raketlərimiz rahatlıqla İrəvanı vura bilərdi.
Düşünürəm ki, Rusiya tərəfinin onlara təsiri özünü doğrultdu. Ona görə də Gəncədən sonra belə həmlə olmadı. Onlar maksimum dərəcədə dinc əhaliyə ziyan vurmağa çalışıblar. Bu, gücsüzlüyün, zəifliyin və döyüş meydanında məğlubiyyətin bir göstəricisidir.
Mən hələ o vaxt Rusiya tərəfinə Ermənistana “İsgəndər”lər veriləndə demişdim ki, bu, düzgün addım deyil və regionda sabitliyin möhkəmlənməsinə xidmət etmir. Müharibə zamanı da deyirdim ki, Rusiya “İsgəndər”ləri özünə geri qaytarsın. Bugünə kimi də eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısını almaq üçün həmin raketlər geri qaytarılmalı və ermənilərə pulsuz silah verilməməlidir.
Bu yaxınlarda səhv etmirəmsə, Ermənistan prezidenti və Rusiyadakı Ermənistan səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşməsində iştirak edəcək. Nəyə görə?! Hansı məqsədlə? Buna elə bir ehtiyac yoxdur... Belə bir hakimiyyətə dağıdıcı silah vermək olarmı?
Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikalardır. Ermənistandan fərqli olaraq, biz heç vaxt Rusiya istehsalı olan texnikadan şikayətlənməmişik. Bu, dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, düzgün əllərdə olmalıdır ki, sonra kimisə ittiham etməyəsən”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024