Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2021, 15:38)
““Bayraktar”a uduzduğumuz iddiası ilə bizi nüfuzdan salırlar” - “Rostex” rəsmisi

““Bayraktar”a uduzduğumuz iddiası ilə bizi nüfuzdan salırlar”
“Bəzi xarici nəşrlərin bir sıra hərbi qarşıdurmalar zamanı Rusiya istehsalı olan “Pantsir-S” zenit raket-silah sistemlərinin (ZRPK) “uğursuzluğu” barədə iddiaları həqiqətə uyğun gəlmir”.

"Mediatv.az" xəbər verir ki, Rusiyanın ən iri silah istehsalı müəssisəsi “Rostex” şirkətinin sənaye müdiri Bekxan Ozdoev rus silah sənayesinin Türkiyəyə uduzması barədə iddiaları şərh edərkən belə deyib.

Qeyd edək ki, Avropanın bir sıra nəşrləri ötən il Suriya, Liviya və Qarabağ savaşlarında Türkiyənin Bayraktar silahlı dronlarının Rusiyanın “Pantsir-S” və digər obyektlərini rahatlıqla məhv etdiyini bildirir və hər 3 müharibəni Ankaranın “aktiv”inə yazırlar. Ozdaev isə bu fikirlərlə razılaşmır və iddiaları “Pantsir”lərin nüfuzdan salınmasına yönəlmiş planlı bir kampaniyanın tərkib hissəsi adlandırır.

Onun sözlərinə görə, “Rostex”-in mütəxəssisləri xarici KİV-lərdə çıxan materialları incələrkən, istinad edilən foto və videoların montaj olunduğunu, yaxud sursatı tamamilə tükənmiş, müdafiəsiz vəziyyətdəki komplekslərə hücum hallarının əsas götürüldüyü qənaətinə gəliblər.

“Rostex”-in sənaye direktoru, “Pantsir”in çox təsirli silah olduğunu, xarici müştərilərin marağının "uzun müddət cəlb etdiyini və bundan sonra da belə olacağını" vurğulayıb.

Görünür, Ozdaev Liviyada məhv edilən rus “Pantsir”lərinin feldmarşalı Xəlifə Həftərin əsgərləri tərəfindən Tripoliyə aparıldığını və feldmarşalın mərmisi qurtarmış HHM komplekslərinin 100-lərlə km uzaqlıqda yerləşən cəbhə xəttinə göndəriləcək qədər təcrübəsiz hərbçi olmadığını unudur. Onu da unudur ki, Türk “Bayraktar”larının Tripolidə qazandıqları uğurlar o qədər bariz şəkildə ortaya çıxmışdı ki, hətta bir çox ABŞ nəşrləri bu qələbə xəbərini “Türkiyə Rusiyanı utandırdı” sərlövhəsilə təqdim etmişdilər. Eynilə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı göyə uçurduğu hərbi komplekslərin işlək vəziyyətdə olduqları bəllidir.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024