Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-02-2021, 18:05)
“Ermənilərlə say bərabərliyi tənzimlənməli, orda bizim əhalinin sayı artmalıdır”

“Ermənilərlə say bərabərliyi tənzimlənməli, orda bizim əhalinin sayı artmalıdır”
“CARÇI” Araşdırma Mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Sərxan Carçı işğaldan azad olunan ərazilərdə yaşamaq üçün Prezident Administrasiyasına müraciət edib. Onun bu istəyinə hazırda məskunlaşdığı Xətai Rayon icra hakimiyyətindən cavab gəlib, müraciətin qeydə alındığı bildirilib.

Biz də həmkarımızla əlaqə saxlayıb, təşəbbüsündən danışdıq. S.Carçı “Mediatv.az”a Prezident İlham Əliyevə və onun köməkçisi Hikmət Hacıyevə üz tutduğunu söylədi:

“Yazdım ki, xanımımla birgə orda yaşamağa və işləməyə hazırıq. Hətta biz ev də istəmirik. Sadəcə yerləşməyimiz təmin edilsin. Sonra müsbət cavab gəldi.

Feysbukda da status yazıb, xahiş etdim ki, könüllü müraciətlərə ciddi yanaşılsın, düzgün bölüşdürülmə siyasəti aparılsın. Həm də məlum paylaşımımın ardınca bir xeyli insan necə müraciət etdiyimi soruşdu.

Sanki bir kampaniyaya çevrildi. Onu da deyim ki, Xankəndidə və bizə göstəriləcək digər ərazilərdə yaşamaq istəyərik.

Lakin xüsusilə Xankəndini vurğuladım. Çünki ermənilərlə say bərabərliyi tənzimlənməli, orda bizim əhalinin sayı artmalıdır. Ona görə düşmənlə üz-üzə yaşamağa da hazır olduğumu qeyd etdim”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024