Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-02-2021, 17:57)
Qarabağ ermənilərinin sayı 2 dəfə şişirdilib - Yerevanın yalanı İFŞA OLUNDU

Qarabağ ermənilərinin sayı 2 dəfə şişirdilib
Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan özü də bilmədən rəsmi Yerevanın növbəti yalanını üzə çıxarıb.

"Mediatv.az" xəbər verir ki, ötən gün parlamentdə deputatlara hesabat verən nazir hazırda Ermənistan ərazisində Qarabağdan gələn 20 mindən çox sakinin olduğunu etiraf edib. Nazir onların hamısının müvəqqəti yaşayış yerləri ilə təmin edildiyini də söyləyib.

“Ermənistanda müvəqqəti yaşayan Qarabağ sakinləri üçün yaşayış sahələrinin inşa olunması müzakirə edilir. Bundan başqa, onların kirayə xərcləri də nazirlik tərəfindən kompensasiya olunacaq”.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün verdiyi açıqlamada noyabrın 10-dan bu günə kimi Ermənistandan bölgəyə 52058 şəxsin qayıtdığı elan edilib.

Ümumilikdə, Qarabağa qayıdan və Ermənistan ərazisində yaşayan ermənilərin toplam sayı 72 mindən çox deyil.

Halbuki, Ermənistan rəsmiləri Dağlıq Qarabağın daimi erməni əhalisinin sayının 150 mindən çox olduğunu iddia edirdi.

Beləliklə, əmək və sosial məsələlər naziri Mesrop Arakelyan rəsmi Yerevanın 30 il davam edən yalanını ifşa etdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024