Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-02-2021, 17:30)
“İdarəetmə müasirləşdirilir” – Yeni strategiya

“İdarəetmə müasirləşdirilir”
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. İclasa Qərargahın və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edib. S.Nuriyev ölkə başçısının verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

S.Nuriyev cənab prezidentin tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

Toplantının əhəmiyyətinə dair fikirlərini “Mediatv.az”a bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni cənab Prezidentin ölkəmizdə islahatların ciddi səviyyədə aparılmasında maraqlı olduğunu söyləyib:

“Dövlət başçısı bununla əlaqədar olaraq kəskin tənqidlərini də bildirib. Prezidentimiz qeyd edib ki, Azərbaycandan idarəetmənin müasirləşdirilməsi, köhnə üsullardan imtina edilməsi istiqamətində istənilən addımlar atılacaq. Buna görə də islahatçılar dəstəsilə sabotajçılar arasında neçə ildir ki, böyük mübarizə gedir. Biz də MQF, həmçinin vətəndaş cəmiyyəti olaraq Prezidentin islahatlarını dəstəkləyir və bu islahatlarda maraqlıyıq. Çünki ölkəmizin gələcəyi məhz həmin islahatlardan asılıdır. Lakin bir qrup separatçılar, “5-ci kolon” bu prosesləri tormozlamağa çalışır. Ona görə də Samir müəllimin rəhbərliyi ilə keçirilən iclas çox vacib və əhəmiyyətlidir”.

R.Zeyni belə iclasların tez-tez keçirilməsini təklif edib:

“Çünki cənab Prezidentin tapşırıqlarına əsasən görüləcək işlər çoxdur. Məsələn, vətəndaş cəmiyyəti olaraq Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlarında son dərəcə maraqlıyıq. Ona görə də gözləyirik ki, Prezident Administrasiyanın rəhbərliyi və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşək. İmkan olarsa gələcəkdə ölkə başçısı ilə də görüşək və vətəndaşları maraqlandıran, cəmiyyəti narahat edən məsələlərlə bağlı vəziyyətin yaxşılaşdırılması üçün hər kəs üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirsin.

İllərdir ki, bu sahədə töhfələrimizi veririk və hər zaman ölkə başçısı vətəndaş cəmiyyətini ictimai nəzarətin gücləndirilməsinə çağıranda böyük bir məsuliyyət hiss edir, həmçinin çıxış yolları axtarırıq. Cənab Prezidentə təkliflərimizi də göndərmişik və xahiş etmişik ki, vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülsün”.

MQF Prezidentin ölkəmizdə məmur özbaşınalığına son qoyulması üçün PA-nın rəhbərliyi ilə keçirilən iclasın böyük əhəmiyyəti olduğunu düşünür:

“Cənab Prezidentin tapşırıqları vaxtında, operativ və keyfiyyətli şəkildə gerçəkləşməlidir. Bu baxımdan belə iclasların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, hər kəs üzərinə düşəni yerinə yetirsin”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024