Siyasət (4-02-2021, 12:40)
Qondarma qurumun Rusiyadakı “nümayəndəliyi” bağlanır? - Sarqsyanın kürəkəni “həyəcan təbili” çalır
Nikol Paşinyanın ən qatı tənqidçilərindən biri, Ermənistanın Vatikandakı sabiq səfiri və sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan öz sosial şəbəkə səhifəsində yaydığı növbəti məlumatda Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan bir şifahi razılaşmadan söz açıb.
“Mediatv.az” xəbər verir ki, erməni mətbuatının xüsusi diqqət ayırdığı həmin məlumatda iki ölkə başçısının qondarma “Dağlıq Qarabağ Respublikası”-nın Moskvadakı “rəsmi nümayəndəliyi”nin bağlanmasına dair razılıq əldə etdiyi bildirilir: “Az adam bilir ki, Nikolla İlham Əliyevin şifahi razılığına görə, “artsax”-ın (Dağlıq Qarabağ-red.) Rusiyadakı nümayəndəliyi bağlanır. Bu, bizim qələbənin düşmənə verilməsi, onun tələblərinin şərtsiz olaraq yerinə yetirilməsi siyasətinin davamıdır...”
Ermənistanın axtarışa verdiyi və korrupsiya da daxil olmaqla, bir çox cinayətlərdə günahlandırılan Minasyan növbəti dəfə Paşinyanı və onun hökumət üzvlərini “Türkiyə və Azərbaycanın agentlərindən ibarət cinayətkar dəstə” adlandıraraq, onları Ermənistanın dövlət maraqlarını satmaqda ittiham edib. Xatırladaq ki, bundan bir neçə gün öncə, Ermənistanın dövlət strukturlarında informasiya mənbələri olduğu şübhə doğurmayan Minasyan Qarabağdakı bütün erməni hərbi birləşmələrinin buraxılacağına dair məlumat yaymışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024