Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-02-2021, 09:30)
Birgə Monitorinq Mərkəzindən ilk - Fotolar


Birgə Monitorinq Mərkəzindən ilk


Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti, atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların yerinə yetirilməsinə nəzarət vəzifələrini davam etdirir.

“Mediatv.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Rusiya hərbçiləri “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejiminin monitorinqini həyata keçirirlər.

Bildirilib ki, Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur.


Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edilməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxırlar.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdirilib.

Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.









шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024