Siyasət (27-01-2021, 16:37)
Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib? - GƏLİŞMƏ
İranın Azərbaycandakı sabiq səfiri xarici işlər naziri Cavad Zərifin Bakı, Moskva, Yerevan, Tbilisi və Ankaraya səfərlərinin qonşularla əməkdaşlığın möhkəmləndirilməsinə hesablandığını düşünür. Onun sözlərinə görə, Tehranın Qarabağ probleminin həllilə bağlı təşəbbüslərində Azərbaycanın ərazi bütövlüyü hər zaman dəstəklənib, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının vacibliyi bildirilib, bu üzdən də həmin planlar Yerevan tərəfindən qəbul edilməyib.
“Mediatv.az” xəbər verir ki, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə planlaşdırılmış səfər proqraməna Bakıdan başlayıb. O, bu haqda jurnalistlərə əvvəlcədən məlumat vermişdi: “Dağlıq Qarabağ böhranının həllinə, bölgədə sülh və sabitliyin bərqərar olunmasına kömək işində əməkdaşlıq edə biləcəyimiz ölkələrə səfər etmək niyyətindəyəm”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə Cavad Zərifin Bakıya səfərində məqsədin ikitərəfli məsələlərin, Qafqazda gedən son proseslərin, həyata keçirilməkdə olan birgə layihələrin, bölgədə sülh və sabitliyin müzakirəsi olduğunu söyləmişdi.
Bu, İranın XİN rəhbərinin son Qarabağ müharibəsindən sonra regiona ilk səfəridir. Cavad Zərif Bakı və Moskvaya səfər etməyi hələ ötən ilin dekabrında planlaşdırırdı. Lakin səfər onun dövlət büdcəsinin müzakirəsinə dair iclaslarda iştirak etməsi zərurəti üzündən təxirə düşmüş, daha sonra isə Azərbaycanın xarici işlər naziri Tehrana gəlmişdi.
Xatırladaq ki, Qarabağ probleminin qızğın vaxtında İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Tehranın münaqişənin həllinə dair təşəbbüs planını təqdim etmək üçün Bakı, Moskva, Yerevan və Ankaraya yollanmış, bu dövlətlərin rəsmilərilə İranın planını müzakirə etmişdi.
Zərifin səfərinin məqsədi
İranın Bakıdakı sabiq səfiri Möhsün Pakayin “Farsnews”a açıqlamasında Məhəmməd Cavad Zərifin Qafqaz, Rusiya və Türkiyəyə səfərini bir neçə aspektdən mühüm səfər adlandırıb. “Səfərin məqsədi qonşularla əməkdaşlığın möhkəmləndirilməsi, Şərqə nəzər salınmasıdır”, - deyə o, bildirib.
Gürcüstan istisna olmaqla, adıçəkilən digər dövlətlərin İranla bilavasitə qonşu olduqlarını xatırladan diplomat bildirib ki, əslində, Gürcüstan da İranın uzaq qonşusu qəbul edilir: “İranın xarici siyasətinin əsas prinsiplərindən biri qonşularla münasibətləri inkişaf etdiriməkdir. Xüsusilə sanksiyalar dövründə bu səfərin məqsədi həm də iqtisadiyyatın müqavimət gücünün artırılmasıdır”.
Sabiq səfir hesab edir ki, hazırda bölgənin ən əhəmiyyətli problemi Dağlıq Qarabağ məsələsidir. Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında son hərbi qarşıdurma nəticəsində Bakı 7 rayonunu Ermənistanın işğalından azad edib. Tərəflər Moskvada atəşkəs sazişi imzalayıb. Pakayinin fikrincə, hazırda bu məsələ ilə bağlı iki məqam vacib əhəmiyyət daşıyır: “Birinci məsələ Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunmasıdır; mərkəzi Xankəndi şəhəri olan Dağlıq Qarabağ bölgəsinin statusu hələ ki, məlum deyil. Bölgə Azərbaycan Respublikası ərazisinin bir hissəsi olsa da, qaranlıq heç nə qalmamalıdır. Amma bölgənin Azərbaycanın nəzarətinə nə vaxt qaytarılacağı bəlli deyil. Bilinmir ki, sonda o, bütün səlahiyyətlərə malik muxtariyyət olacaq, yoxsa Azərbaycanın adi vilayətlərindən biri”.
Bölgədə müharibənin kölgəsi qalmaqdadır
M.Pakayinin fikrincə, nə qədər ki, bu cür qeyri-müəyyənlik davam edir, bölgədə müharibənin kölgəsi hiss olunacaq. O, Ermənistanın qisas məqsədilə Azərbaycana hücum edə biləcəyini də düşünür. Bu halda Azərbaycan xalqı Dağlıq Qarabağın tam azad edilməsi üçün yenidən hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalacaq.
“Hazırkı vəziyyət bölgə üzərində müharibə kölgəsini saxlamaqla yanaşı, Moskva bəyannaməsinin bəzi müddəalarının həyata keçirilməsinə də mane olur. Məsələn, Laçın dəhlizinin, eyni zamanda, Naxçıvanı Azərbaycanın əsas hissəsinə bağlayacaq dəhlizin aqibəti tam aydın deyil. Onların Rusiya sülhməramlılarının nəzarətində olacağı deyilir. Amma Azərbaycanla Ermənistanın razılığa gəlməzsə, Rusiya təkbaşına bu işin öhdəsindən gələ bilməz”, - deyə sabiq səfiq qeyd edib.
Pakayin Dağlıq Qarabağ münaqişəsinin tam həllinin vacibliyinə əmindir: “Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır və zənnimcə, Zərifin münaqişə tərəfləri olan ölkələrə, yəni Azərbaycana və Ermənistana, habelə bölgədə Rusiya və Türkiyə kimi nüfuzlu ölkələrə səfərinin məqsədlərindən biri də bu haqda müzakirələrin aparılmasıdır”.
Dağlıq Qarabağ tam Azərbaycanın nəzarətinə qaytarılmayınca…
“Bu münaqişə 20 ildən çox müddətdə hər iki ölkənin, xüsusən də Ermənistanın iqtisadi inkişafına mane olub. O, istər Dağlıq Qarabağ bölgəsində, istərsə də Ermənistanda ciddi iqtisadi problemlər yaradıb. Reallıq göstərir ki, Dağlıq Qarabağ tam Azərbaycanın nəzarətinə qaytarılmayınca, problem həllini tapmayacaq”, - deyə Pakayin bildirib: “Hesaab edirəm ki, Ermənistan bölgənin reallıqlarını qəbul edərsə, coğrafi sərhədlərin dəyişdirilməsi iddialarından əl çəkərsə, Dağlıq Qarabağa nəzarəin tamamilə Azərbaycana keçməsinə yol açarsa, ermənilərlə azərbaycanlılar, Ermənistanla Azərbaycan arasında iqtisadi münasibətlər qurulacaq, bu isə avtomatik olaraq, Ermənistanla Türkiyə arasındakı siyasi problemlərin də həllinə kömək edəcək. Nəticədə yaranacaq vəziyyətdən bütün region ölkələri faydalanacaq. Tam sülhün bərqərar olması sayəsində İran, Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya arasında regional əməkdaşlıq canlana bilər və bu, onların hər birinin maraqlarına xidmət edəcək”.
Sərhədlər dəyişməməli, bölgənin heç bir ölkəsi parçalanmamalıdır
İran İslam Respublikasının həm Ermənistan, həm də Azərbaycanla çox yaxşı əlaqələri olduğunu, Tehranın bu əlaqələri davam etdirmək istədiyini deyən sabiq səfir fikrini belə davam etdirib: “İran hesab edir ki, bölgədə sərhədlər dəyişməməli, heç bir ölkə parçalanmamalıdır. Cavad Zərif bölgə dövlətlərilə danışıqları bu istiqamətdə aparır”.
Azad edilmiş ərazilərin bərpası
Pakayin hesab edir ki, Cavad Zərifin xüsusən Azərbaycana səfərinin daha bir məqsədi Ermənistanın işğalından azad edilmiş bölgələrin yenidən qurulmasında iştirak məsələsi idi: “Azərbaycanın yeddi rayonu işğaldan azad edilib. Onlardan dördü İranın yaxınlığında, Araz çayı boyunca yerləşir. Bəzi rayonlarla İranın arasında təxminən bir kilometr, bəlkə də daha az məsafə var. Digər üç rayon da İrana yaxın yerləşir. Azərbaycan həmin yeddi rayonu bərpa etməlidir. Çünki milyona yaxın qaçqın və məcburi köçkün öz yurdlarına qaytarılmalıdır”.
Yenidənqurma işlərində Azərbaycana müxtəlif ölkələrin kömək edə biləcəyini vurğulayan Pakayin deyib: “İran bölgəyə ən təhlükəsiz, iqtisadi cəhətdən sərfəli və ən yaxın ölkədir. Biz Azərbaycanın azad edilmiş ərazilərini bərpa etmək üçün çox geniş potensiala və üstünlüklərə sahibik”. O, İranın texnologiya və mühəndislik, həmçinin mənzil, yol tikintisi, su bəndlərinin salınması və s. üzrə bacarıqlı işçi qüvvəsinə malik olduğunu xatırladıb. “Biz müxtəlif ölkələrdə bu sahələrdə çalışmışıq. Məsələn, Sovet İttifaqının dağılmasından az sonra Türkmənistanın bərpasına çox kömək etmişik. Azərbaycan və Ermənistanın bəzi şəhərlərində də belə işlər görmüşük. O vaxtdan 20 ildən çox vaxt keçir və təcrübəmiz daha da artıb”, - deyə sabiq səfir bildirib.
İranın podratçı şirkətləri
Möhsün Pakayin hesab edir ki, İranın texniki və mühəndislik imkanlarını nəzərə alsaq, ölkənin podratçı şirkətləri bu işdə rəqabətə davamlı qiymətlərlə, yüksək keyfiyyətlə çalışa bilər. Onun fikrincə, iki ölkənin elektrik enerjisi və qaz təchizatı, həmçinin Xudafərin su bəndinin yanında tikilmiş elektrik stansiyalarının istifadəsi kimi məsələlərdə də əməkdaşlıq imkanları var.
Bundan başqa, azad edilmiş rayonların qida, məişət və gigiyena məhsullarına da ehtiyacı olacaq. Pakayin hesab edir ki, bu mallar Azərbaycana dörd qonşu vilayət – Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərindən asanlıqla tədarük oluna bilər: “Tranzit sahəsində Rəşt-Astara dəmir yolu xətti vacib layihədir. Tehranda İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 14-c iclasında bu məsələ yenidən qaldırıldı və İran prezidenti Rəşt-Ənzəli marşrutu üzrə dəmir yolunun inşasına dərhal start verilməsilə bağlı tapşırıq verdi. Həmin tranzit marşrutundən Azərbaycan Fars körfəzinə çıxış, biz isə Gürcüstandan Qara dənizə çıxmaq üçün istifadə edə bilərik”.
Yeri gəlmişlən, diplomat İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasının keçirilməsini mühüm hadisə sayır: “Bu görüşdə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib”.
Sənaye Nazirliyinin nəzarətində
Pakayin, Qarabağın bərpası prosesində İranın özəl sektorunun mümkün rolundan da bəhs edib. O, nüfuzlu İran şirkətlərinin bu işlərə cəlb olunacağına ümid etdiyini bildirib. Eyni zamanda, Pakayin xəbərdarlığa da ehtiyac duyub: “Amma bu işə İranın Sənaye, Mədən və Ticarət Nazirliyi, həmçinin digər aidiyyatı qurumlar nəzarət etməlidir. Bu, ona görə vacibdir ki, işlərə qeyri-mötəbər şirkətlər qoşulmasın. Belə olarsa, bölgədə yerimizi rəqiblərimiz tutacaq”.
Bütün bunları ümumiləşdirən Pakayin Zərifin Bakıya səfərini çox əhəmiyyətli sayır: “Mən ölkələrimiz arasında tərəfdaşlığın gələcəyini çox aydın görürəm”.
Sabiq səfir ayrıca, Tehranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən də danışıb: “İran 1991-ci ildən, yəni münaqişə qızışandan Azərbaycanın Respublikasının ərazi bütövlüyünü dəstəkləyib, onun parçalanmasına qarşı çıxıb. Biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını istəməmişik və bu mövqeyimizi dəfələrlə rəsmən bəyan etmişik. İranın BMT və İslam Əməkdaşlıq Təşkilatında da bu mövqedən çıxış edib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatında daim bu məsələyə dair qətnamələrin hazırlanmasında iştirak etmişik. Son hərbi əməliyyatların başlandığı günlərdə də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bildirdik. Sadəcə, Azərbaycanın öz ərazilərini azad etməklə bağlı daha ciddi qətiyyət göstərməsindən sonra Tehran da daha fəal mövqe tutdu. Bu məsələdə dönüş nöqtəsi İranın ali rəhbərinin işğal altındakı rayonların azad edilməli, coğrafi sərhədlərin dəyişilməz qalmalı olduğunu bəyan etməsi idi. Bu məsələlər Moskva sazişində də yer alıb”.
Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?
Bununla yanaşı, Pakayin hesab edir ki, İran bu problemin həllinə dair öz təşəbbüs planını təqdim etməkdə bir az gecikib. Nəticədə, təşəbbüsü Rusiya öz əlinə alıb. “Biz ölkələrin Dağlıq Qarabağ məsələsində vasitəçilik etmək imkanlarına diqqət yetirməliyik. İran, Rusiya və Türkiyə kimi mötəbər ölkələr arasında Rusiya vasitəçilik üçün ən çox imkanlara sahib tərəfdir. Bunun səbəbi Rusiyanın Azərbaycan və Ermənistanla hələ SSRİ vaxtından qalma dərin əlaqələridir. Onun bu ölkələrə təsir imkanları hələ də qalmaqdadır. Üstəlik, hər iki ölkə Moskvanın vasitəçiliyini qəbul edir. Bundan başqa, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və mahiyyət etibarilə, vasitəçilik funksiyası daşıyır. Demək, Moskva bu məsələdə Türkiyə və İrana nisbətən daha çox potensiala malikdir”, - deyə sabiq səfir bildirib.
Onun fikrincə, Rusiyadan sonra belə imkana malik ölkə yenə də həm Ermənistan, həm də Azərbaycanla münasibətləri olan İrandır. Amma onun imkanları Rusiya qədər deyil: “Odur ki, tərəflərin razılığa bu cür gəlməsi, sonradan da məhz Moskvada birgə bəyanat imzalaması təəccüblü deyil. İran kimi digər ölkələr prosesə sonrakı mərhələdə qoşulacaqdı. Türkiyənin isə Ermənistanla münasibətləri yoxdur. Bu, onun vasitəçilik şansını sıfıra endirirdi”.
“İranın irəli sürdüyü təşəbbüs planının Ermənistan tərəfindən qəbul edilməməsinə gəlincə, biz həmin planda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Dağlıq Qarabağın tamamilə Azərbaycanın nəzarətinə qaytarılmasının vacibliyini bildirirdik”, - deyə Pakayin bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024