Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-01-2021, 13:40)
Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir - FAKT BUDUR!


Rusiya sülhməramlıları Qarabağa köçürdüyü ermənilərin sayını şişirdir
Rusiya Müdafiə Nazirliyi hər gün Ermənistandan Qarabağa köçürülən ermənilərin sayını açıqlayır.
Rəsmi məlumatlara əsasən, noyabrın 10-dan bu günə qədər 50 mindən çox erməni Xankəndi və digər Azərbaycan ərazilərinə köçürülüb. Onlar Rusiya sülhməramlılarının müşaiyəti ilə Laçın dəhlizindən keçərək Qarabağa yerləşdirilir. Lakin açıqlanan statistika ilə bağlı çoxsaylı suallar qalmaqdadır. Belə ki, rəsmi İrəvan 44 günlük müharibə zamanı 90 mindən çox Qarabağ ermənisinin Ermənistana getdiyini açıqlamışdı.

Beləliklə, hərbi əməliyyatların başa çatmasından keçən 70 gün ərzində onların yarıdan çoxunun Qarabağa qayıtması iddia olunurdu. Reallıqda isə vəziyyətin tamamilə fərqli olduğu görünür.

Qarabağda qanunsuz şəkildə məskunlaşan ermənilər leqal və qeyri-leqal yollarla Ermənistanda qalmağa, bir hissəsi isə “qaçqın” statusu ilə Qərb ölkələrində sığınacaq almağa çalışırlar. Mənbələr Paşinyan hökumətinin səylərinə baxmayaraq, 15 mindən çox erməninin Fransa, ABŞ, Almaniya, İtaliya və s. ölkələrin səfirliklərinə sığınacaq üçün müraciət etdiyi barədə xəbərlər yayır.

Xüsusən, Fransa Prezidenti E.Makronun göstərişi ilə ölkənin İrəvandakı səfirliyi Qarabağ ermənilərinin qaçqın statusu ilə Fransada sığınacaq almasına şərait yaradıb. Nəticədə isə Qarabağa qayıtmaq bir yana, Ermənistanda yaşamaq istəməyən Qarabağ ermənilərinin sayı kəskin artıb.

Paşinyan hökuməti pandemiya şəraitinin zəifləyəcəyi və sərhədlərin tam açılmasından sonra ölkədən böyük insan köçünün başlanmasından narahat olur. Buna görə də "ermənilərin qayıdışı fonu" yaratmaq üçün bölgədəki sülhməramlı kontingenti ilə birlikdə reallıqda olduğundan qat-qat çox sayda erməninin Qarabağa qayıtması barədə məlumat verir.

Müstəqil analitiklər Rusiya Müdafiə Nazirliyinin açıqladığı 50 min yerinə, əslində, Dağlıq Qarabağa cəmi 27 min erməninin müxtəlif yollarla qaytarıldığını, onların da 11 min nəfərinin real vəziyyətlə tanış olduqdan sonra Ermənistana döndüyünü bildirir. Real rəqəmlərə əsasən təxmin etsək, hazırda Qarabağda 16 min erməni yaşayır ki, onların da əksəriyyəti Xankəndində məskunlaşıb.
Beləliklə, Qarabağa zorla köçürülən ermənilər geri qaçmaqdadırlar.

Sözügedən mövzu barədə söz açan millət vəkili və siyasətçi Elman Məmmədov "Mediatv.az"a açıqlamasında ermənilərin sülhməramlılarla birgə hazırladığı yalançı statistikanın gerçək tərəflərindən də bəhs edib:

"Məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Sovetlər dönəmində əhali siyahıya alınan zaman, 1989-cu ildə Qarabağın əhalisi 180 min nəfər göstərilirdi. Guya onların 120 mindən artığı ermənilər, qalan hissəsi isə azərbaycanlılardan ibarət idi. Təxminən 1 faiz isə qeyri millətlərin nümayəndələri idi. Təbii ki, bu, ermənilərin hesablamalarına görə idi.

Ondan əvvəl və sonrakı dövrlərdən bu günə qədər ermənilər Qarabağda yaşayanların sayını həmişə şişirdilmiş rəqəmlərlə göstəriblər. Onlar müharibəyə qədərki dövrdə Qarabağda yaşayan əhalinin sayını 150-160 nəfər min deyirdilər. Əslində isə orada yaşayan ermənilərin 60 mindən çox olmadığı müxtəlif məlumatlarda öz əksini tapırdı. Müharibə ərzində də onların əksər hissəsi başını götürüb qaçdı.

Yanvar ayının 11-də hər üç ölkənin rəhbərlərinin görüşündə də Rusiya Federasiyasının Prezidenti V.Putin də dedi ki, tərəfimizdən sülhməramlıların köməyi ilə Qarabağa 48 min nəfər qaytarılıb. Əlbəttə ki, ermənilər qaytarılıb. Ancaq o da şişirdilmiş rəqəmdir. Bu rəqəm olduqca azdır.

Sadəcə olaraq, bununla həm Rusiya tərəfi, həm Ermənistan, həm də Qarabağda olan separatçı quldur dəstələri göstərmək istəyirlər ki, guya, Qarabağda erməni əhalisi çoxdur. Burada söhbət 80-100 min insandan gedir. Həqiqətdə isə belə deyil. Gerçək rəqəmlər isə göstərilən rəqəmin heç üçdən biri qədər deyil.

İkinci bir tərəfdən, bizi bu saylar heç cür narahat etmir. Çünki ermənilər 1992-ci ildə Qarabağı işğal edən zaman oradakı Azərbaycan əhalisinin sayı 50-60 min qədərə yaxın idi. Bu gün isə rəsmi rəqəmlər göstərir ki, təkcə Dağlıq Qarabağdan olan azərbaycanlıların sayı 90 minə çatır. Bu statistikanı istənilən şəxs əldə edə bilər.

Yəni onlar Ermənistanın əhalisini də Qarabağa yığsalar bizim sayımız onlardan çox olacaq. Bu, məsələnin bir tərəfidir".

Millət vəkili post-müharibə dövründə Qarabağa köçürülənlərin kimlər olduğunun hələ qeyri-məlum olduğunu bildirdi:

"Rusiya sülhməramlılarının Qarabağa köçürüb yerləşdirdikləri şəxslər kimlərdir və hara vətəndaşlarıdır? Onlar həqiqətən də əslən qarabağlıdırlarmı? Yaxud da Ermənistandan və ya xarici ölkələrdən köçürülüb ora yığılıblarmı? Bunu isə Azərbaycan dövləti müəyyən edəcək. Bizim bu işlə məşğul olan müvafiq qurumlarımız orada kimin kim olduğunu bir-bir araşdıracaq. Onların orada yaşamaq hüququnun olub-olmadığını da biz müəyyən edəcəyik.
Necə ki, cənab prezident müraciətlərinin birində bir fikir bildirdi və dedi ki, nəyi necə etmək, nə zaman və necə etmək lazımdırsa, onu mən bilirəm. Eləcə də Ali Baş Komandanımızın rəhbərliyi altında məqamı çatanda məhz biz müəyyən edəcəyik ki, bu gün orada məskunlaşdırılanlar kimlərdir və həmin şəxslərin bizim ərazilərimizdə yaşamaq hüququ var, yoxsa, yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, orada yaşayan ermənilərin sayı Qarabağ azərbaycanlılarının sayından 2-3 dəfə azdır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024