Siyasət (9-01-2021, 10:12)
Qarabağda qanunsuz fəaliyyət göstərən 20 xarici şirkətin qara günləri başlayır - SİYAHI
Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir çox beynəlxalq şirkət Qarabağda qanunsuz fəaliyyət göstərib. Ermənistan hökuməti 1999-cu ildən bir neçə xarici ölkə şirkətini Qarabağa investisiya yatırmağa sövq edib. Bu nüfuzlu şirkətlər beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın beynəlxalq səviyyədə işğal olunmuş ərazisi kimi tanınmış ərazilərində mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələrdə fəaliyyət göstəriblər.
Daha çox Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Son 12 ildə qondarma respublikaya 470 milyon dollar məbləğində xarici investisiya qoyulub. Ermənistan işğal dövründə erməni əsilli iş adamlarını Dağlıq Qarabağa dəvət edib, qanunsuz işlərlə məşğul olublar. Ötən ilin oktyabrında Azərbaycan Baş Prokurorluğu Qarabağda qanunsuz fəaliyyət göstərən 6 şirkət və 12 şəxs axtarışa verib. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərib. ATƏT-in Minsk qrupu ölkələri - ABŞ, Fransa və Rusiyadan olan şirkətlər də bu sıradadır. Qarabağda şikrkətləri qanunsuz fəaliyyət göstərən dövlətlər aşağıdakılardır:
Almaniya
Argentina
Avstraliya
Böyük Britaniya
Çin
Fransa
İsveçrə
Kanada
Birləşmiş Ərəb Əmirlikləri
Litva
Livan
Uruqvay
Yunanıstan
İtaliya
Niderland
Polşa
Belçika
Hindistan
İran
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərmiş xarici şirkətlər məsuliyyətə cəlb olunacaq. Prezident “Onlar bunu bilsinlər və gözləsinlər bu günü” - söyləyib. Ancaq ölkə başçısı onu da deyib ki, əgər həmin şirkətlər Azərbaycana vurduqları ziyanları ödəsələr, məhkəməyə verilməyə də bilərlər.
Bu mexanizm mümkün sayıla bilərmi? Praktikada belə hallar olubmu? Həmin şirkətlər prezidentin təklifini qəbul edib buna gedərmi? Onlara hansı yol sərfdir əslində?
Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Qarabağ ərazisində qanunsuz olaraq fəaliyyət göstərən şirkət və fiziki şəxsləri məhkəməyə vermək mümkündür: “Azərbaycanın beynəlxalq sərhədləri daxilində, işğal edilmiş Azərbaycan torpaqlarında fəaliyyət göstərmiş şikrkətlərdən, fiziki şəxslərdən təbii ki, vurulmuş ziyan tələb edilməlidir. Qarabağda fəaliyyət göstərmiş şirkətlər xarici dövlətlərin yurisdiksiyasına aid olduqları üçün burada bir sıra hüquqi məsələlər ortaya çıxır. Məsələ çıxır ki, hansı məhkəməyə müraciət olunmalıdır? Yəni şirkət yalnız aid olduğu ölkədə fəaliyyət göstərirsə, bu halda həmin şirkəti beynəlxalq məhkəməyə vermək mümkün olmayacaq.
Düzdür, bəzən ABŞ, İngiltərə məhkəmələri belə işlərə baxırlar. Amma belə məhkəmələrin çıxardığı qərarların icrası bir qədər çətindir. Bu halda Qarabağda qanunsuz fəaliyyət göstərən şirkət aid olduğu ölkənin ərazisində məhkəməyə verilməlidir. Bu halda da digər bir məsələ diqqətə alınmalıdır. Məsələn, Azərbaycana yaxın, ən azı neytral, ən azı özünü neytral kimi göstərməyə çalışan ölkədirsə, bu halda asanlıqla da olmasa, ədalətli qərar və nəticə etibarı ilə kompensasiya almaq mümkündür. Əks halda bir qədər çətin bir proses olacaq. Ermənistan və Fransa kimi dövlətlərin məhkəmələrinin Azərbaycanın xeyrinə qərar verəcəyi bir qədər inandırıcı deyil".
Hüquqşünas deyir ki, hüquq sistemi daha ədalətli ölkələrdə isə bu işlərin çox böyük prespektivi var: “Almaniya, Böyük Britaniya kimi ölkələrdə böyük şanslar var. Bundan başqa Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətin digər xarici ölkələrdə də geniş fəaliyyəti varsa, bu halda da beynəlxalq məhkəmələrə, hətta xarici məhkəmələrə - Böyük Britaniya məhkəmələrinə də müraciət etmək olar. Bu halda ədalətli qərar əldə etmək və xarici ölkələrdə də icra etdirmək olar. Əldə olunan məhkəmə qərarına əsasən Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətin xarici ölkələrdəki aktivlərinə, bank hesablarına həbs qoydurub kompensasiya ödətdirməyə məcbur etmək mümkündür”.
Hüquqşünasa görə, Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər könüllü şəkildə kompensasiya ödəyəcəkləri halda, məhkəmə iddiaları ilə üzləşməyəcəklər: “Məhkəməyə çəkiləcəkləri təqdirdə Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin böyük həcmdə kompensasiya ödəməyə məcbur edilməsi qaçılmazdır. Bu həm də həmin şirkətlərin reputasiyası üçün böyük zərbə olacaq. Könüllü şəkildə kompensasiya ödəməyə razı olsalar, bu onların özləri üçün də yaxşı olacaq, məhkəmələrdə cavab verməli olmayacaqlar. Üstəlik məhkəmə xərclərini də çəkməyəcəklər. Ziyanı tam yox, qismən də ödəsələr, şansları var ki, Azərbaycan onlara Qarabağda qanuni fəaliyyət göstərmək imkanı da tanıya bilər. Bu bütün şirkətlərə aid olmayacaq”.
Əkrəm Həsənov deyir ki, Azərbaycan dövləti tez biz zamanda bu işlərlə məşğul ola biləcək hüquqşünaslar qrupu yaratmalıdır: “Hesab edirəm ki, bu iş üzrə Azərbaycanın Vəkillər Kollegiyasında kifayət qədər savadlı vəkillər var. Amma xarici hüquqşünasları da əlavə etmək vacibdir. Çünki xarici ölkələrin hüququnu bilən hüquqşünaslara ehtiyac var. Bunu mütləq etmək lazımdır ki, hamıya dərs olsun ki, bir daha Azərbaycanın icazəsi olmadan onun torpaqlarında hər hansı bir iş görməsinlər”.
Hüquqşünasın sözlərinə görə, bu gün Azərbaycanda yaxın 1 ilə kimi Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərə xidmət göstərən şirkət fəaliyyətdədir: “Bu şirkət dünya dördlüyünə daxil olan KPMG-dir. Bakıda 2011-ci ildən fəaliyyət göstərir. Dünyanın 154 ölkəsində ofisləri var. Kəlbəcərdə qanunsuz olaraq fəaliyyət göstərən şirkətin auditini KPMG edib. Bilə-bilə ki, auditini həyata keçirdiyi şirkət qanunsuz fəaliyyət göstərir, üstəlik həmin şirkət işğal altında olan ərazidədir. Bu gün KPMG Azərbaycanın bank sektorunda fəaliyyətdədir. Müflisləşmiş ”Bank Standart"ın, “Texnikabank”ın auditi də bu şirkətə tapşırılıb. Halbuki KPMG bu bankların daha əvvəl də auditini keçirib və yalan məlumatlar yayıb ki, hər şey yaxşıdır. KPMG Qarabağ işğal altında olarkən oradakı erməni bankının da auditini həyata keçirib. Bu gün KPMG Azərbaycan Mərkəzi Bankının da auditorudur. Belə şirkətlərə qarşı da fəaliyyətə keçmək lazımdır. Onların Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətdən aldığı vəsait həcmində kompensasiya almaq olar. Ödəməyəcəklər, ölkədən çıxarmaq lazımdır. Ən rahat yol həm də budur".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024