Siyasət (8-01-2021, 11:40)
Azərbaycanın nümayəndəsi Avropa Komissiyasının rəhbəri seçildi - Foto
Avropa Şurasının Strasburqdakı rəsmi saytının məlumatına görə, keçən ilin dekabrında Avropa Şurasının ən böyük beynəlxalq təşkilatlarından birinin prezidenti, vitse-prezidenti və Büro üzvləri vəzifələri üçün müntəzəm seçkilər keçirildi. Azərbaycanın nümayəndəsi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov, 47 Avropa dövlətinin nümayəndələri tərəfindən gizli səsvermə yolu ilə yenidən prezident vəzifəsinə seçildi və 2021-ci il yanvarın 1-dən öz vəzifəsinə başlayır.
“Mediatv.az” xəbər verir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 Avropa ölkəsindən 100-dən çox yüksək ixtisaslı mütəxəssisdən ibarət ixtisaslaşmış komitəsidir və bu təşkilat qanunun aliliyi, demokratiya və insan haqları prinsiplərinə əsaslanan 830 milyondan çox avropalının ehtiyacları üçün ədliyyə və məhkəmə sisteminin səmərəliliyinin artırılmasına dair çalışır. Avropa Komissiyası, Avropada ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün Avropa Şurasının beynəlxalq hüquqi sənədlərini hazırlamaq və tətbiq etmək, məhkəmə sistemlərinin, prokurorluq, vəkillik, ədliyyə orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün beynəlxalq sənədlər hazırlamaq və məhkəmə sistemlərinin Avropa standartlarına uyğunluğunu qiymətləndirmək üçün yaradılmışdır.
Sevindirici haldır ki, Azərbaycan təmsilçisi Vətən müharibəsində qazandığı qələbə və Fransa, Belçika, Hollandiya kimi bir sıra Qərbi Avropa dövlətlərinin ölkəmizə qarşı ədalətsiz, qərəzli münasibəti fonunda seçildi. Bu ölkələr Ermənistanın Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma rejiminin müstəqilliyini tanımaq və bununla da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə qarşı çıxmaq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasına dəstək vermək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək üçün addımlar atmağa çalışdılar.
Lakin Azərbaycan təmsilçisi hakim Ramin Qurbanovun bu qədər yüksək vəzifəyə seçilməsi, tarixi bir hadisə olaraq, yalnız Qərbi Avropanın təmsilçilərinin belə məsuliyyətli bir vəzifəyə seçilməsinin mümkünlüyü barədə formalaşmış stereotipi tamamilə dəyişdirdi. Burada Azərbaycanda aparılmış məhkəmə-hüquq islahatları və dövlət başçısının səmərəli xarici siyasəti, habelə Azərbaycan təmsilçisinin peşəkar hazırlığı və Avropa Şurasının bu strukturundakı on beş illik fəaliyyəti dövründə fədakar əməyi mühüm rol oynadı. Rus, ingilis, alman və fransız dillərini bilən R.Qurbanov ölkəsini beynəlxalq aləmdə layiqincə təmsil edərək, belə bir çətin dövrdə Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə töhfə verdi.
Ramin Qurbanov Bakı və Moskvanın ali hüquq təhsili müəssisələrini fərqlənmə diplomu ilə bitirmiş, namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmiş, ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmışdır. 1997-ci ildən onun fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlıdır, Fransa və İsveçrə alimləri ilə birlikdə hazırlanan Avropa Şurasının bir sıra elmi nəşrlərinin müəllifidir.
1996-cı ildən Müdafiə Nazirliyində və Ədliyyə Nazirliyində çalışıb, 2013-cü ildən məhkəmədə hakim fəaliyyəti göstərir. Azərbaycanda elektron məhkəmənin formalaşdırılması və tətbiqi üzrə Ədliyyə Nazirliyinin İşçi Qrupunun rəhbəridir.
Azərbaycan təmsilçisi Ramin Qurbanovun Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının rəhbəri vəzifəsinə yenidən seçilməsi dövlət başçısının səmərəli kadr siyasətinin və onun həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının uğurudur. Qeyd etmək lazımdır ki, bu islahatların həyata keçirilməsində və nailiyyətlərində əldə olunmasında Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin rəhbərliyi də böyük rol oynayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024