Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-01-2021, 17:00)
“Bundan sonrakı Qarabağ müzakirələrində Ermənistan olmayacaq” - GƏLİŞMƏ

 2020-ci ili Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə ilə başa vuraraq, 30 ildir işğalda olan əraziləri azad etdi. Münaqişənin hərbi fazası bitsə də, siyasi-diplomatik müharibə davam edir. Çünki hələ də Dağlıq Qarabağda özünü “respublika” sayan separatçı qüvvələr, silahlı dəstələr qalmaqdadır. Eyni zamanda, sülhün yaradılması, Qarabağ erməniləri ilə birgəyaşayışın təmini, Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycanın suverenliyinin bərpası məsələləri açıq qalır. Ekspertlərin fikrincə, münaqişə ilə bağlı 10 faiz problem qalıb ki, bu məsələlərin həlli istiqamətində danışıqlar gedəcək. Yəni, 2021-ci il sadaladığımız problemlərin həlli istiqamətində intensiv danışıqların aparılacağı gözlənilir.

2021-ci ildə Qarabağla bağlı atılacaq siyasi addımları proqnozlaşdıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-nın suallarını cavablandırarkən deyib ki, Azərbaycan-Ermənistan sərhədinin bərpasından sonra danışıqların da mövzusu bu istiqamətdə olacaq:

- Bundan sonra Azərbaycan Ermənistanla sərhədlə bağlı narahatlıq doğuran məsələləri müzakirə edəcək. Ola bilsin ki, burada Rusiyanın vasitəçiliyi olsun. Eyni zamanda, tranzit, sərhədin təhlükəsizliyi kimi məsələlər gündəmdə olacaq. Yəni, sırf iki qonşu ölkəyə aid məsələlər müzakirə ediləcək. Qaldı ki, Dağlıq Qarabağda sıx yaşayan erməni əhalisi ilə bağlı məsələyə, təbii ki, bu danışıqlarda Ermənistanın iştirakı mümkün deyil. Buna heç danışıqlar da demək olmaz, təmas adlandırsaq, daha doğru olar. Dağlıq Qarabağın erməni əhalisi barədə təmasların iştirakçıları üç ölkə olacaq. Beynəlxalq oyunçular olaraq Rusiya ilə Türkiyə və Azərbaycan. Bu ölkələr arasındakı müzakirələr də praktik mövzuları əhatə edəcək. Qarabağla bağlı aktual məsələlərin bu və ya digər formada həlli, icrası barədə fikir mübadiləsi ola bilər. İndiki mərhələdə danışıqlar prosesinin ikiyə bölündüyü görünür. Birincisi, Azərbaycanın Ermənistanla sərhədləri barədə danışıqlar, məsələlərin həlli; ikincisi, Dağlıq Qarabağ erməniləri ilə əlaqədar atılacaq addımların Rusiya, Türkiyə və Azərbaycanın üçlükdə müzakirəsi.

- Siz bildirirsiniz ki, Dağlıq Qarabağla bağlı bundan sonra qalan məsələlərin müzakirəsində Ermənistan olmayacaq. Erməni və rus mediasının məlumatına görə, yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. Bəs, bu görüşdə nə müzakirəyə çıxarılacaq - iki ölkənin sərhədləri?

- Bu görüş olacaqmı, olacaqsa, o zaman hansı məsələlər gündəmə gətiriləcək, görüş hansı məsələlərə həsr ediləcək - bunları biz bilmirik. Amma məntiq onu deməyə əsas verir ki, Azərbaycan tarixi təcrübədən irəli gələn siyasəti həyata keçirəcək. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan vətəndaşı olan ermənilərlə bağlı danışıqlarda mövqeyi həmişə qeyri-konstruktiv olub. Biz onun şahidiyik ki, İkinci Qarabağ müharibəsindən qabaqkı dövrlərdə rəsmi İrəvan Azərbaycana qarşı etnik təmizləmə, təcavüz siyasəti yürüdüb, bu siyasəti dəstəkləyib. Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədən əvvəlki bəyanatlarında Dağlıq Qarabağ və ətraf ərazilərin aneksiya olunduğunu bildirirdi. Sonra müharibə baş verdi, Azərbaycan ərazilərini işğaldan azad etdi, beynəlxalq sərhədlər bərpa olundu. İndi Azərbaycan işğalçılıq siyasətini davam etdirdiyini açıq şəkildə bildirmiş bir dövlətlə hansısa danışıqlar aparmaqda maraqlı deyil. Bu gün söz sahibi qalib dövlət olaraq Azərbaycandır. Azərbaycan da öz seçimini edib, ərazi bütövlüyünün bərpa olunmasında kömək əlini uzadan dövlətlərlə əməkdaşlığı məqbul görüb. Bu dövlətlər də Rusiya və Türkiyədir. Rəsmi Bakı niyə bu dövlətləri seçdi? Çünki bu ölkələrin rəhbərləri rəsmi şəkildə bəyan etdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu gün söz sahibi Azərbaycandır, Dağlıq Qarabağ erməniləri də Azərbaycanın ərazisində yaşayırlar, proseslər bizim ərazilərimizdə gedir. Söz sahibi olan Azərbaycan təbii ki, ərazi bütövlüyümüzü dəstəkləyən, eyni zamanda qarşıdurmanın dayandırılmasında yardımçı olan Rusiya və Türkiyənin rəyini nəzərə alacaq. Burada Ermənistanla danışıqlara hansı gərək var? Hesab edirəm ki, heç bir ehtiyac yoxdur.

- Ermənistan kənarda qalırsa, o zaman dediyinizdən belə anlaşılır ki, Dağlıq Qarabağ ermənilərinin sahibi bu gün Rusiyadır və biz Rusiya ilə məsələni həll etməliyik. Rusiya Prezidenti Vladimir Putin isə son açıqlamalarında Dağlıq Qarabağın statusundan danışarkən bildirib ki, bu, gələcəyin məsələsidir...

- Mən demədim ki, Qarabağ ermənilərinin sahibi Rusiyadır. Baxın, Azərbaycan Rusiya və Türkiyə vasitəçiliyini niyə qəbul etdi? Bu ölkələrin liderləri açıq şəkildə bəyan edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və ayrılmaz tərkib hissəsidir. Bəzi adamlar Rusiya Prezidentinin açıqlamalarına hansısa don geyindirmək istəyirlər. Amma proseslərə dərindən baxmaq lazımdır. Peşəkar təhlil aparsaq, görəcəyik ki, 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir söz yoxdur. Rus dilində status sözü vəziyyət anlamını verir. Siyasi vəziyyət ayrı, digər vəziyyət ayrı. Gəlin, bunları qarışdırmayaq. Söhbət ondan gedir ki, erməni əhalisinin yaşayışının təmini, icrası hansı vəziyyətdə olacaq.

- Sizcə, hansı statusda və ya vəziyyətdə olacaq?

- Əsas biz baxmalıyıq ki, Azərbaycan Rusiya və Türkiyəni niyə vasitəşi kimi seçib. Bəli, bu iki ölkə ilə siyasi əlaqələrimiz inkişafdadır. Amma o da məlumdur ki, bu iki ölkənin ərazisində çoxlu sayda erməni yaşayır. O ermənilər hansı statusda yaşayırlar, hansı hüquqlara malikdirlər?

- Təbii ki, Rusiyadakı ermənilər Rusiya vətəndaşı, Türkiyədəki ermənilər də Türkiyə vətəndaşı statusunda...

- Bəli, onlar ölkələrindəki ermənilərə hansı statusu, hansı hüquqları veriblərsə, Azərbaycan da ərazisində yaşayan ermənilərə o hüquqları tanıyacaq. Azərbaycan Prezidenti bəyanatlarında bildirib ki, digər vətəndaşlarımız kimi, Qarabağ ermənilərinə də eyni yaşamaq hüququ verilə bilər. Rusiya vətəndaşı olan ermənilər də, Türkiyə vətəndaşı olan ermənilər də ruslarla, türklərlə eyni hüquqa malikdirlər. Biz də erməni vətəndaşlarımızın hüququnu tanıdığımızı bildiririk. Hesab edirəm ki, bizdən bundan başqa kimsə nəsə tələb edə bilməz. Hansısa qüvvə tələb edə bilməz ki, filan status verilsin, filan hüquq tanınsın.

- Qarabağ erməniləri bununla razılaşacaqlarmı?

- Ermənilərin sadə bir seçimi var: ya onlar Azərbaycanın Konstitusiyasını tanıyacaqlar, qanunlarımıza tabe olacaqlar, ya da Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cəzalandırılacaqlar. Onların başqa seçimi yoxdur.

- Amma Arayik Arutunyan, Vitali Balasanyan kimi Qarabağ terrorçuları revanşdan danışırlar...

- Balasanyan kimi bədbəxtlərin sözləri, açıqlamaları əhəmiyyətsizdir. Görünür, Balasanyan özü ağılda və bədbəxtlikdə olan Arayikə qarşı siyasi gediş edir. Balasanyan, Arutunyan kimi terrorçuların rəyi bizim üçün önəm kəsb etməməlidir. Başa düşməliyik ki, Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı nəticəsində ərazilərimizi işğaldan azad etmişik. Ermənistanın hərbi sistemini qəhrəman Azərbaycan əsgəri darmadağın edib. Bu gün Ermənistan hərbisi diz çökmüş vəziyyətdədir və bu çöküş illərlə davam edəcək. Ermənistan 44 günlük müharibənin sonunda kapitulyasiya elan etdi. Belə olan halda Balasanyan və digər terrorçuların qisas çağırışları əhəmiyyətsizdir. Yenə deyirəm, onlar bədbəxt adamlardırlar. Belələrinin axmaq bəyanatlarına fikir vermək lazım deyil.

- Amma Azərbaycan cəmiyyətində erməni separatçılarının bu cür hərəkətləri qıcıq doğurur. Yaxud da, Rusiya sülhməramlısının hansısa hərəkəti ictimaiyyətdə suallar yaradır.

- Bilirsiniz, 30 il idi ki, ərazilərimiz işğaldaydı. İnsanlarımız Qarabağın azad edilməsini arzulayırdı. Azərbaycan işğala son qoydu. Mənə elə gəlir ki, indi insanlar psixoloji baxımdan qələbəni tam şəkildə hiss etmirlər. Separatçılar içərisindən hansısa “moşennik” bəyanat verəndə insanlarımız əsəbiləşirlər. Biz bir şeyi başa düşməliyik ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edib, işğalçıları ərazilərimizdən tamamilə rədd edib. İndi bizim qarşımızda digər məsələlər dayanır. Hazırda biz Qarabağda qeyri-qanuni yaradılmış silahlı birləşmələri tərksilah edirik. Addım-addım irəliləyərək, Dağlıq Qarabağda dövlət süverenliyimizin tam bərpasına nail olacağıq. Bir az səbrli olmaq lazımdır. Tövsiyə edirəm ki, insanlarımız özünü qalib, müzəffər bir xalqın nümayəndəsi kimi hiss etsinlər. Xalqımız əmin olsun ki, qalan xırda məsələlər qısa müddətdə həll olunacaq.шаблоны для dle 11.2

Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024