Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-12-2020, 14:07)
"Amerika Ankaraya nə qədər təzyiq göstərəcəksə, Türkiyə bir o qədər Rusiya ilə yaxınlaşacaq"

"Amerika Ankaraya nə qədər təzyiq göstərəcəksə, Türkiyə bir o qədər Rusiya ilə yaxınlaşacaq"
Amerika Birləşmiş Ştatları Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. Ağ Evin “qara siyahı”ya Türkiyə Müdafiə Sənayesinin katibi İsmayıl Dəmirin və onun yardımçısı,“Roketsan” İdarə Heyətinin rəhbəri Faruk Yiğitin adı daxil olunub. Dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində "S-400 problemi"ni "dərhal" həll etməyə çağırıb:


“Türkiyə Amerika üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı S-400 maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik. Bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın genişmiqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir”. Vaşinqtonun Türkiyəyə qarşı sanksiya qərarına ölkə daxilində sərt reaksiyalar göstərilib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop “Twitter” hesabından verdiyi açıqlamada “Sanksiyalar nə müttəfiqliklə, nə müttəfiqi yenidən qazanma iradəsilə üst-üstə düşür. Müdafiə sənayesində Türkiyəni özünə məhkum zənn edən bu anlayış zamandan geridə qalıb” ifadələrindən istifadə edib. Prezidentin köməkçisi Fuad Oqtay isə deyib ki, Türkiyənin güclü mövqeyinə hər hansı ölkənin sanksiya qərarı təsir edə bilməz: “ABŞ-ın qəbul etdiyi sanksiya qərarı, Prezidentimizin rəhbərliyi altında milli maraqlarımız və müdafiə sənayesi üçün atacağımız addımlarda qətiyyətimizi daha da artıracaq. Prezidentin mətbuat katibi İbrahim Kalın isə bildirib ki, Türkiyə müdafiə sənayesindəki hədəflərinə çatmaq üçün addımlarını stabil bir şəkildə atmağa davam edəcək. Türkiyə Xarici İşlər Nazirliyi də birtərəfli sanksiyaların tətbiq edilməsi qərarını qınadığını və rədd etdiyini bildirib. XİN-in açıqlamasında bildirilib ki, Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür: “Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq”.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də qərara rəsmi Bakının reaksiyasını açıqlayıb. H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. Onun sözlərinə görə, NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir: “Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir. Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır”.

Rusiya və İran tərəfi də də Ağ Evin sanksiya qərarını tənqid ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, qərar beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir: “Bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır”.

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif də Türkiyəyə qarşı birtərəfli sanksiyaları şiddətlə qınadığını söyləyib: “ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə nümayiş olunur. Türkiyə xalqı və hökuməti ilə birlikdəyik”.

Məlum sanksiyaları “Şərq”ə təhlil edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyib ki, Türkiyənin geosiyasi rolu artdıqca Vaşinqton Ankaraya qarşı kəskin addımlar atmaqdan çəkinəcək. Onun sözlərinə görə, Türkiyə Qərb ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir:

“NATO-nun baş katibi üzv ölkələrə müraciətlə dedi ki, Türkiyənin sizin bilmədiyiniz bir çox müsbət faydaları, addımları var. Qardaş ölkənin NATO üçün əvəzedilməz dövlət olduğunu Qərb çox gözəl bilir. Amerika hərbi alyansın güclənməsində maraqlıdır. Çox güman ki, Türkiyəyə qarşı o qədər də kəskin mövqe tutulmayacaq. Türkiyənin bölgədəki strateji mövqeyi gözardı edilə bilməz. Xüsusən, Rusiya ilə müttəfiqlik müqavilələrini nəzərə almaq məcburiyyətindədirlər. Amerika Ankaraya nə qədər təzyiq göstərəcəksə, Türkiyə bir o qədər Rusiya ilə yaxınlaşacaq. Bu səbəbdən ABŞ və Avropa Türkiyə ilə daha ehtiyatlı davranmağa məcburdur. Co Baydenin dövründə Türkiyəyə yox, Rusiyaya qarşı ciddi təzyiq və sanksiyaların şahidi olacağıq”.

S.Cəlaloğlunun fikrincə, Amerikada hakimiyyət orqanlarının birinin digəri üzərində nəzarət funksiyası var:

“Senat Prezidentin, yaxud ölkə başçısı Senatın qərarına veto qoya bilər. Ali Məhkəmə isə hər iki strukturun qərarına ləğv etmək səlahiyyətinə malikdir. ABŞ-da real hakimiyyət bölünməsi var və demokratik institutlar fəaliyyət göstərir. Sadəcə bir şəxsin, yaxud qurumun dediyi qanun deyil. Ona görə də Türkiyə ilə bağlı bir siyasətçinin, ya da əlahiddə təşkilatın qərəzli yanaşması əsas götürülmür”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024