Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-12-2020, 15:34)
Sülhməramlıların yeni xəritəsi nəyi dəyişə bilər? – Şərh

 Rusiya sülhməramlıları tərəfindən birgə Bəyanatda nəzərdə tutulmuş hüdudları aşan xəritənin bir yox, bir neçə versiyasını görmüşəm. Düşünürəm, bu fakt belə xəritənin düzgünlüyünü şübhə altına alır.
Bu sözləri "Mediatv.az"-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsini şərh edərkən deyib.
O qeyd edib ki, istənilən halda yeni bir xəritə heç nəyi dəyişə bilməz:
“Çünki 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş hüdudlar sabitdir. Yəni bu, açıq-aydın göstərilib. Hər hansı bir xəritə bunu dəyişə bilməz. Digər tərəfdən, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçularının Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar etməsi gözlənilən idi. Məsələ ondadır ki, baş verən hadisə zamanı əsir götürülənlər Ermənistan əsgərləridir. Üçtərəfli Bəyanata görə, Ermənistan ordusu Azərbaycan ərazisini tərk etməli idi. Bu proses də öz növbəsində işçi qrupu tərəfindən tənzimlənib.
Hesab edirəm ki, narahatlıq üçün əsas yoxdur. Ermənistan tərəfi təxribatlar törədir. Nəzərə almaq lazımdır ki, hazırda regionda Rusiya sülhməramlıları fəaliyyət göstərir. Digər tərəfdən, rus-türk ortaq mərkəzi də fəaliyyətini qurur. Ən vacib məqam isə regionda Azərbaycanın kifayət qədər gücə malik hərbi kontingentinin olmasıdır. Yəni ermənilərə nəzərən biz çox üstün mövqedəyik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024