Siyasət (18-11-2020, 10:57)
“Türkiyənin Bakıya dəstəyi SSRİ-nin dağılmasının geosiyasi nəticəsidir” - PUTİN
Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq beynəlxalq hüququ pozmaqda onu günahlandırmaq olmaz. Bu barədə noyabrın 17-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin KİV-nin Qarabağdakı vəziyyətlə bağlı suallarına cavab verərkən bəyan edib.
«Türkiyə lap əvvəldən Qarabağ tənzimləməsi üzrə ATƏT Minsk Qrupunun üzvü olub. Odur ki, o, daxildə və beynəlxalq institutda, beynəlxalq tənzimləmə mexanizmində olub» - deyə, Putin «Rossiya-24» telekanalının efirindən bildirib.
O, qeyd edib ki, Türkiyə göstərilən qrupun həmsədri qismində çıxış etməyib, belə statusa Rusiya, Fransa və ABŞ malikdir. Amma buna baxmayaraq, Türkiyə Minsk Qrupuna daxildir. Putin əlavə edib ki, orada cəmi 11 dövlət var.
«Türkiyənin fəaliyyətinə istənilən qiyməti vermək olar, amma onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq çətindir. Orada hansısa zövqə uyğun ixtiyari qiymət ola bilər, amma buna baxmayaraq, məsələ məhz mənim indi dediyim kimidir» - Rusiya prezidenti qeyd edib.
Putin bəyan edib ki, Türkiyə Dağlıq Qarabağda Azərbaycanı dəstəklədiyini heç vaxt gizlətməyib, bu, SSRİ-nin dağılmasının geosiyasi nəticəsidir.
«Türkiyəyə, onun roluna gəlincə, bu barədə yaxşı məlumdur, bu barədə Azərbaycanda da birbaşa danışıblar, heç Türkiyə tərəf də bunu heç vaxt gizlətməyib. Onlar Azərbaycanı birtərəfli qaydada dəstəkləyiblər» - dövlət başçısı bildirib.
«Mən, sizə nəyi deyə bilərəm? Bu, Sovet İttifaqının dağılmasının geosiyasi nəticəsidir. Biz, hər zaman bu barədə ümumilikdə və bütövlükdə danışırıq. Burada məsələ ümumilikdə və bütövlükdə deyil, tamamilə konkret hadisədir ki, indi müşahidə edirik, indi bunun şahidiyik» - Putin əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024